Avqustovskaya puşa
Avqustovskaya puşa (pol. Puszcza Augustowska) — Polşanın şimal-şərqində, Belarusun qərbində yerləşən təbii iynəyarpaqlı meşə. Meşə demək olar ki, insan tərəfindən heç dəyişdirilməyib. Polşa ərazisində meşə Avqustov şəhəri yaxınlığında, Belarus ərazisində isə Qrodno vilayətinə aiddir. Meşə Neman və Visla çayları hövzələri arasında yerləşir.
Meşədə ən geniş yayılmış ağaclar - əsrlik küknar və şam ağacları. Meşə ərazsində çoxlu göllər var. Qum dyunları üstünlük təşkil edir.
== Tarixi ==
Ərazinin əvvəlki adları Qrodno puşası, Perstunskaya puşa olmuş. Puşa ərazisi bir vaxtlar Qrodnodan Baltik dənizinə qədər uzanmış.