Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtomobilist Bakı FK
Avtomobilist FK — Sovet futbol klubu. 1976-cı ildə Bakıda təşkil olunmuş futbol klubu. == Naliyyətləri == SSRİ ikinci liqası — 1977-ci il SSRİ ikinci liqasında 7-ci yeri tutmuşdur.
Avtomobilist Mingəçevir FK
Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir. == İdarə Heyəti == İdarə Heyəti Sədri: Ruslan Həmidov İdman Direktoru: Zaur Qarayev Qapıçıların Məşqçisi: Elnar Kərimov Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli Mətbuat Katibi: Elnur Qasımov == Tarixi == Mingəçevirdə futbol 1966-cı illərdə artıq var idi. Həvəskar şəkildə "Ulduz" adlı klub fəaliyyət göstərirdi. 1966-cı ildə dünya kubokuna hazırlıq məqsədi ilə SSRİ gənclərindən ibarət yığma komanda Zaqafqaziyaya yoldaşlıq görüşlərini keçirmək məqsədiylə gəldi. Bu zaman Mingəçevir futbolçuları ciddi məşqlərə başladılar. SSRİ - Mingəçevir qarşılaşması 88-ci dəqiqədə Rafiq Kamalovun vurduğu qolla Mingəçevir klubunun qələbəsi ilə başa çatdı.1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq biraz daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib.