Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtorizasiya
Avtorizasiya — Bank işində elektron sənədi, kartoçkanı, yaxud özünü təqdim edən şəxsin səlahiyyətlərinin və ya müəllifliyinin təsdiq edilməsi. Adətən elektron sənədlərin avtorizasiyası, maqnitli və ya prosessorla kartoçkaların və bank sisteminin xüsusi istifadəçilərinin bilavasitə onların fiziki parametrlərinə görə avtorizasiyası fərqləndirilir. Avtorizasiya - kompüter şəbəkələrində icazələrin idarə edilməsi subyektlərin (istifadəçi və proseslərin) obyektlər (informasiya və digər kompüter resursları) üzərində yetinə yetirə biləcəyi əməliyyatları müəyyən etməyə və onlara nəzarət etməyə imkan verir. İcazələrin məntiqi idarə edilməsi (icazələrin fiziki idarə edilməsindən fərqli olaraq) proqram vasitələri ilə realizə olunur. Məsələnin formal qoyuluşu belədir. Subyektlər məcmusu və obyektlər toplusu var. İcazələrin məntiqi idarə olunması hər bir (subyekt, obyekt) cütü üçün yolverilən (mümkün) əməliyyatlar çoxluğunu müəyyən etməkdən və qoyulmuş qaydaların yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. (Subyekt, obyekt) münasibətini cədvəl şəklində təsvir etmək olar. Cədvəlin sətirlərində subyektlər, sütunlarında obyektlər sadalanır. Sətir və sütunların kəsişdiyi xanalarda verilən icazə növləri və əlavə şərtlər (məsələn, vaxt və hərəkətin məkanı) yazılır.