Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adheziya
Adheziya (lat. adhaesio — yapışma) fizikada müxtəlif cinsli bərk və ya maye hissəciklərin ilişməsini ifadə edir. Adheziya üst səthdə molekulalararası əlaqə (qütb, bəzən kimyəvi və ya qarşılıqı diffuziya) ilə şərtlənir və səthlərin ayrılmasına lazım olan xüsusi işlə xarakterizə olunur. Bəzi hallarda adheziya koheziyaya nisbətən güclü ola bilir (yəni bircinsi material daxilində ilişmə baş verərkən). Bu halda qüvvə tətbiq edildikdə koheziya parçalanması baş verir. Bu mexaniki hala təsir edən qüvvələr tam tədqiq olunmayıb. Ona görə də, müxtəlif adheziya nəzəriyyələri mövcuddur. == Adheziya möhkəmliyi == Nazik təbəqələrin və quruluş kütlələtinin qopardılması zamanı adheziya möhkəmliyi ölçülür. Bu proses özünə adheziyadan başqa deformasiya və qümunənin axmasına, ikiqat elerktrik təbəqəsinin boşaldılmasına və s. əlavə hadisələrə güc daxil edir.
Tudor Argezi
Argezi (Arghezi) Tudor (əsl adı və soyadı Yon Teodoresku) 21 may 1880, Buxarest – 14 iyul 1967[…], Buxarest, Rumıniya Sosialist Respublikası) rumın şairi, yazıçı, publisist, tərcüməçi. Rumıniya EA-nın akademiki (1955), Rumıniya Dövlət mükafatı laureatı (1955). Tudor Argezi Cenevrə Univetsitetində təhsil almış, 1910-cu ildən naşir və publisist kimi fəaliyyətə başlamışdır. 1922–1924 illərdə "Rumın təfəkküru" jurnalına rəhbərlik etmişdir. "Gərəkli sözlər" (1927) şeir kitabının. "Taxta ikonalar" (1930) hekayələr toplusunun müəllifidir. "Bahar medalyonları" (1936), "Sətirlər" (1957) və s. kitablarında, "İnsan haqqında nəğmə" (1955) şeir silsilələrində insan ləyaqəti və yaradıcı əmək tərənnüm olunur, ahəngdar, bitkin forma, ideya və üslub radikalizmi ilə birləşir.