Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Molodjok Azerbaydjana
Molodyoj Azerbaydjana (az.-əbcəd مولودژوک آزئربایدژانا‎, azərb-kiril. Молодйож Азербајджана, rus. Молодёжь Азербайджана; mənası – Azərbaycan gəncliyi), əvvəllər Molodoy raboçi və Raboçaya molodyoj — Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövründə fəaliyyət göstərmiş komsomol qəzeti, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı. Azərbaycanda rus dilində çıxan ilk leqal komsomol qəzeti olmuşdur. == Tarixi == Qəzetin ilk nömrəsi "Molodoy raboçi" adı ilə 11 iyun 1919-cu ildə çıxmış, 6 oktyabrdan isə "Raboçaya molodjyoj" adı ilə çıxmışıdır. Qəzet Bakı şəhəri və onun rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı MK-sının orqanı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinin təqibi nəticəsində nəşri dayandırılmışdır. 7 yanvar 1923-cü il tarixindən 19 avqust 1941-ci ilə qədər "Molodoy raboçi" adı ilə nəşrə başlamış, İkinci Dünya müharibəsi illərində çapı dayandırılmışdır. 6 sentyabr 1945-ci ildən Sovet İttifaqı süquta uğrayanadək "Molodjyoj Azerbaydjana" adı ilə həftədə 3 dəfə çıxmışdır. Qəzet Azərbaycan gənclərinin həyatını işıqlandırır və kommunist təbliğatı ilə məşğul idi.
Molodyoj Azerbaydjana

Literaturnıy Azerbaydjan
Literaturnı Azerbaycan — Bakıda rus dilində nəşr edilən jurnal. == Tarixi == 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. 27 yanvar 2003-cü ildə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə jurnalın əməkdaşları Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunmuşlar. == Redaksiya heyəti == Əliağa Kürçaylı jurnalın redaksiyasında məsul katib vəzifəsində çalışmışdır.