Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azotobakter
Azotobakter — sərbəst yaşayan aerob bakteriyalardır. Turş olmayam və yaxşı aerasiyaya malik olan topraqlarda yaşayaraq, atmosfer azotunu mənimsəyir. Azotobakter, karbon birləşmələri menbeyi kimi torpağın üzvi birləşmələrindən istifadə edir. Mineral birləşmələri isə torpaqdan alır. Azotobakter torpaqda ilk dəfə 1901-ci ildə M. Beyernik tərəfindən alınmışdır. Azotobakter bütün torpaqlarda geniş yayılmışdır və azot dövranında mühüm rol oynayır. Turş və əhəngdən kasıb olan torpaqlarda azotobakter az olur. == Azotobakterin == Azotobakterin — paxlalılar fəsiləsindən olmayan bitkilər üçün yararlı olan bakterial gübrədir. Azotobakterinlə toxum qarışdırılıb əkilir. Ən yaxşı tərəvəz və kartofa təsir edir.