Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antaqonist
Antaqonist — hekayədəki qəhrəmanın düşməni kimi təqdim olunan personajdır. == Mənbə == Adilə Nəzərova, "Fəlsəfə terminlərinin izahlı lüğəti".
Antaqonist növlər
Antaqonist növlər - yaşamaq uğrunda mübarizədə həmişə barışmaz ziddiyyətli münasibətdə olan növlər. Məsələn, koralina və kodium yosunlarının ifraz etdiyi maddə bioloji təbəqə əmələ gətirən bığayaqlı xərçənglərin (dəniz qozası) və molyuskların (midilər) sürfələrinə öldürücü təsir göstərdiyindən bu orqanizmlərə bir yerdə rast gəlinmir. bu yosunların ifrazatı həm də bakteriosit xassəyə malikdir. Parazit-sahib və yırtıcı-qənimət münasibətində də növlərin antaqonistliyi mövcuddur. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Antaqonizm
Antaqonizm (yun. άνταγωνίσμα – mübahisə, mübarizə) — təmayüllərin, düşmən qüvvələrin barışmaz mübarizəsini xarakterizə edən ziddiyyət formalarından biri. Antaqonizm terminin əks qüvvələrin mübarizəsi mənasında dini sistemlərdə (xeyir və şərin mübarizəsi) filosoflar İmmanuel Kant, Artur Şopenhauer və başqaları tərəfindən istifadə olunmuşdur. Bu mənada antaqonizm biologiyada, riyaziyyatda istifadə olunur. Mövcud quldarlıq, feodalizm, kapitalizm və digər siyasi-ictimai formasiyalar, kapitalizmdən sosializmə keçid dövründə siniflər arasındakı antaqonizm təhlil edən Karl Marks göstərirdi ki, antaqonizmin forma və məzmununu konkret tarixi şəraitdə sinfi mübarizə yolu ilə həll etmək mümkündür. O, yazırdı ki, istehsal münasibətlərində ictimai istehsal prosesi antaqonizmin axırıncı formasıdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.