Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antipapa
Antipapa - Katolik kilsəsinin qanuni hesab etmədiyi Roma papası. Orta əsrlərin bəzi dövrlərində papa taxtında eyni zamanda bir-biri ilə ədavət aparan bir neçə papa otururdu; bunlar müxtəlif kilsə və dünyəvi dairələrin nümayəndələri idi. Sonradan yalnız biri qanuni sayılır, qalanları isə Antipapa elan edilirdi. Rəsmi kilsə Antipapaları tanımasa da, onların mövcudluğu ilə hesablaşmağa məcubur idi və illik rəsmi məlumat kitablarında pontifiklər siyahısı verilərkən, onların da adları göstərilirdi. Katolik kilsəsinin tərtib etdiyi həmin papalar siyahısında 30-dan çox Antipapa adı mövcuddur; onların birincisi - müqəddəs İppolit (217-235), sonuncusu V Feliks (1436-1449) olmuşdur.
Avqust antipartiya bloku
Avqust bloku (rus. Августовский блок) — Rusiya SDFP-nin Praqa şəhərində keçirilən VI konfransından sonra özünü Kommunist Partiyasına qarşı qoyan antipartiya qrup və cərəyanlarının (trotskiçi, təsviyəçi və bundçuların) ittifaqı. 1912-ci ilin avqustunda Vyanada Lev Trotskinin təşəbbüsü ilə təşkil edilmişdi. Orqanı "Lüç" qəzeti idi.Trotski ittifaqın fəaliyyətini bolşeviklərlə menşevikləri "birləşdirmək" və "barışdırmaq" olduğunu bildirmiş, lakin Vladimir Lenin hakimiyyətinə görə, o, protelariatın gizli inqilabi partiyasını ləğv etməyə çalışan menşevik-təsviyəçiləri müdafiə edirdi. Lenin əvvəllər bildirmişdir ki, Trotski açıq təsviyəçilərdən daha "alçaq və zərərlidir", çünki o, "fəhlələri aldadaraq, özünü elə göstərir ki, fraksiyalara qoşulmuş, həqiqətdə isə menşevik-təsviyəçiləri müdafiə edir". Ona görə, "Avqust bloku"nun əsas məqsədi fəhlələri inqilabdan uzaqlaşdırmaq, bolşevik partiyası və onun leninçi mərkəzi komitəsinə qarşı mübarizə aparmaqdan ibarət idi. Azərbaycan Sovet Ensiklopediyasında bildirilir ki, inqilabi fəhlə hərəkatının daha da yüksəlməsi, partiyanın möhkəmləndirilməsi sahəsində aparılan gərgin iş, trotskiçilərin prinsipsizliyinin bolşeviklər tərəfindən ifşa olunması "Avqust bloku"nun süqutunu sürətləndirirdi. Blok 1913–1914-cü ildə dağıdılmışdır. == Əlavə ədəbiyyat == KitablarAvqust bloku // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
V Feliks (Antipapa)
VIII Amadeus (it. Amedeo VIII di Savoia) və ya V Feliks (it. Felice V) (4 sentyabr 1383[…], Şamberi, Fransa metropoliyası[…] – 7 yanvar 1451[…], Cenevrə, Cenevrə kantonu[d][…]) — ilk Savoyya hersoqu. Atasının vəfatının ardından hələ 8 yaşında ikən Savoyya qrafı, anası isə taxt naibəsi elan olundu. 1416-cı ildə Müqəddəs Roma imperatoru Sigismund tərəfindən hersoqluğa yüksəldi. 1439-cu ildə IV Yevqenə qarşı papalıq iddia edərək özünü Roma papası elan etdi və V Feliks adıyla bu iddiasını davam etdirdi. Roma tarixinin son antipapası olaraq qəbul edilir. Ancaq sonrakı illərdə öncə hersoqluqdan, daha sonra isə papalıqdan çəkildi və qalan ömrünü kilsəyə qapanaraq keçirdi. == Mənbə == Andenmatten, B.; Paravicini Bagliani, A. (ed.) (1992). Amédée VIII-Félix V, premier duc de Savoie et pape (1383-1451).