Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aramayis Apresyan
Kristofer brameyası
Kristofer brameyası (lat. Brahmaea christophi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin brameyalar fəsiləsinin brameya cinsinə aid heyvan növü. Relikt olan endemik növdür. Talış avtoxtonudur. Bir çox alim bu kəpənəyi müstəqil növ deyil yarımnöv olaraq qeyd edirlər. Ümumi sayları çox azdır. == Qısa təsviri == İri kəpənəkdir. Qanadları açıq halda 160 mm-dək çatır. Qanadların kənarı dairəvidir, üzərlərində gözşəkilli ləkələr yoxdur. Qanadların əsas rəngi tünd-qəhvəyidir, kənarları boyunca dalğavari xəttlər keçir.
Qramersi (Manhetten)
Qramersi Park (ing. Gramercy Park) — Nyu-York şəhərinin Manhetten borosunda yerləşən hasarlanmış özəl park və həmçinin sadəcə Qramersi adlanan rayon. Tarixi Qramersi Park Rayonunda yerləşən təxminən 2 akr (0,8 ha) sahəsi olan park Nyu-York şəhərinin iki (digəri Kuinsdəki Sanisayd Qardens parkıdır), Nyu-York ştatının isə 3 özəl parkından biridir; açar yalnız park ətrafında yaşayan və illik ödəmə ödəyən şəxslərdə var, parkın ətrafındakı səkilər qaçış, gəzmə və it gəzintisi üçün məşhur marşrutlar olsa da, açarsız parka giriş qadağandır. Rayon əsasən 6-cı bələdiyyə dairəsində yerləşir, kiçik hissəsi isə 5-ci bələdiyyə dairəsinə aiddir. Ümumiyyətlə sakit və təhlükəsiz ərazi hesab olunur. Rayon, müvafiq tarixi yerlər və bütövlükdə park müsbət rəylər qazanmışdır. Onu "ölməkdən imtina edən Viktoriyan centlmeni" adlandıran Şarlotta Deqri New York Times qəzetinə "ölkədə Qramersi Parka bənzər bir şey olmadığını" bildirmişdir.
Qramersi Park

Aramey dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.