Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Acer Predator
Acer Predator — oyunçular üçün hazırlanan Acerə məxsus kompüter modelləri seriyası. 2008-ci ildə Acer Aspire Predator adı altında yüksək performanslı stolüstü kompüterləri satışa çıxaran seriyanın adı daha sonradan Acer Predator olaraq dəyişdirilmişdir. Seriya futuristik kompüter şassisi və yüksək performans ilə xarakterizə olunur. 2016-cı ildə notbuk və stolüstü kompüterlərlə yanaşı, oyunçular üçün dizayn edilmiş aksessuarlar da satışa buraxılmışdır.Acer Predator adətən Lenovo Legion, Dell's G seriyası, Alienware, HP-nin Omen və Asus ROG seriyaları ilə müqayisə olunur.
General Atomics MQ-1 Predator
General Atomics MQ-1 Predator əvvəllər ABŞ Hərbi Hava Qüvvələri və CIA tərəfindən istifadə edilmiş PUA. 1990-cı illərdə sadəcə olaraq müşahidə və önkəşfiyyat məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulan MQ-1 Predator daha sonra yeni kameralar və döyüş raketləri ilə modifikasiya edilmişdir. 1995-ci ildən bu dövrə qədər Əfqanıstan, Pakistan, Bosniya, Serbiya, İraq və Yəməndə mübarizə aparmışdır. Vahidinin qiyməti 4.5 milyon olan bu PUA-lardan təxmini olaraq 360 ədəd istehsal edilmişdir.