Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arpavar
Alpava, Arpavar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində yerləşir. Erməni mənbələrində Arpavar formasında qeyd edilir «İrəvan əyalətinin icmal dəftəri»ndə Alpevi, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə Albava, Alpava, Alpavan formalarında qeyd edilmişdir. Toponim qədim türk dilində «igid, qoçaq, cəsur» mənalarında işlənən alp sözü ilə türk dilində «düzənlik, geniş yer», «dərə, vadi» mənasında işlənən ova sözünün fonetik variantı olan ava sözünün birləşməsindən əmələ gəlib, «igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi» mənasını ifadə edir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakert, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Nşavan qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 97 nəfər, 1886-cı ildə 121 nəfər, 1897-ci ildə 127 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 305 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 31 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 51 nəfər azərbaycanlı yaşamışdır.
Artavan
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Arava
Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Karnaval (1981 film)
Karnaval (rus. Карнавал, romanlaşdırılmış: Karnaval), 1981 -ci ildə Tatyana Lioznova tərəfindən idarə olunan Sovet romantik komediyasıdır. == Torpaq == Kiçik bir cənub şəhərində gənc bir qadın Nina Solomatina anası ilə birlikdə yaşayır. Atası onu uşaq ikən qoyub Moskvaya köçdü. Xəyal quraraq aktyorluq təhsili alan Nina Moskvaya gəlir, amma teatr məktəbinə qəbul imtahanlarından keçə bilmir. Gələn il girməyə qərar verən Nina müvəqqəti olaraq atası və ailəsi ilə birlikdə köçdü. Özünü təmin etməyə çalışaraq işə gedir, amma müxtəlif hadisələr üzündən uzun müddət heç yerdə qala bilmir. Şəxsi həyatında Nina da fiaskodan əziyyət çəkir - Muskovit tələbə Nikita tez bir zamanda yeni bir qız üçün ayrılır. Nəticədə, Nina böyük şəhərin xəyal etdiyi əbədi karnaval olmadığını başa düşməyə başlayır və dünyanı fəth etmək əvəzinə ana qəhrəman evinə - xəstə anasına qulluq etmək üçün qayıdır. Film qeyri-müəyyən bir notla bitir - Nina Solomatina tam salonda çıxış edən məşhur bir müğənni kimi görünür, bunların hamısının gerçək olduğu və ya sadəcə xəyalının olduğu aydın deyil.
Karnaval (film, 1981)

Arava Kimura
Arava Kimura (8 iyul 1931, Hiroşima – 21 fevral 2007, Kanaqava prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub.
Arval qardaşları
Arval qardaşları (ing. Arval Brethren; lat. Fratres Arvales) - Qədim Romada aqrar kultu həyata keçirən 12 nəfərdən ibarət kahinlər kollegiyası; üzvləri ömürlük seçilirdi Arval qardaşlarının fəaliyyəti qismən qorunub saxlanmış protokollardan məlumdur; Oktavian Avqust dövründən onları mərmər lövhələrə yazırdılar. Arval qardaşlarının əsas vəzifəsi məhsulun yetişməsinə yardım edən bayramların keçirilməsi idi. Bayramlar Tiber çayının sağ sahilində, mayın sonu - iyunun əvvəllərində 3 gün ərzində keçirilirdi. Yalnız imperator Vespasianın dövründə Arval qardaşlarına yığıncaqlarını keçirmək üçün Forumda ilahə Konkordiyanın məbədində yer verilmişdi. Bayram mərasimləri ciddi nizama salınmış, vacib dua və andlar xüsusi kitablara yazılmışdı. Günlərə bölüşdürülmüş mərasim hərəkətləri şərabın, qurbanlıq heyvanların (donuz, öküz, qoyun) içalatının qurban gətirilməsindən, mərasim ləvazimatının, fetiş-küpələrin tullanmasından, sıyığın, çörəklərin yeyilməsindən ibarət idi. Arval qardaşlarının zahiri əlaməti ağ lentlə hörülmüş sünbül çələngi sayılırdı. Rəvayətə görə, kollegiya ilk dəfə Romulun süd anası Akka Larensiyanın 12 oğlundan təsis olunmuşdu; onlardan biri öldükdən sonra yerini süd qardaşı Romul tutmuşdu.
Karnaval gecəsi (film, 1956)
"Karnaval gecəsi" (rus. Карнавальная ночь) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Mədəniyyət evinin işçiləri növbəti Yeni il şənliyinə hazırlaşırlar. Əyləncəli proqramda solo ifalar, rəqslər, sirk nömrələri, caz orkestrinin çıxışı, fokusçu və klounların çıxışları nəzərdə tutulub. Mədəniyyət evinin direktoru vəzifəsini icra edən Oqursov proqramla tanış olur. O, bu proqramı təsdiq etmir. Onun fikrincə, hər şey yüksək səviyyədə və ən əsası "ciddi" şəkildə olmalıdır. Oqursov öz proqramını təklif edir: əvvəldən nəzərdə tutulmuş məruzəçinin çıxışı və astronomun müharizəsi. Musiqi nömrələrindən isə klassik musiqi və "Mahnı və rəqs" ansamblının çıxışı ilə kifayətlənməyi təklif edir. Lakin mədəniyyət evinin heç bir üzvü əvvəlki məşq olunmuş proqramı dəyişmək istəmir.