Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arxiyepiskop
Arxiyepiskop — xristian kilsəsində rütbə. Bəzi yerli kilsələrdə mitropolitdən yüksək, rus pravoslav kilsəsində mitropolitdən aşağı rütbə. Arxiyepiskop əsasən yepiskopdan daha yüksək rütbədir və yepiskopları idarə edir. Arxiyepiskop diosez adlanan böyük inzibati vahidləri idarə edir. Orta əsrlərdə Avropada arxiyepiskoplar iri feodallara çevrilirdi və vassal-süzeren münasibətlərinə cəlb olunurdu. Dini ədəbiyyatda ilk dəfə 4 əsrin ortalarında işlədilmişdir. Patriarxlıqlar yarandıqdan sonra patriarx rütbəsi olmayan avtokefal kilsə başçıları Arxiyepiskop adlanmışlar. 21-ci əsrdə Konstantinopol, gürcü, serb və rumın kilsələrinin başçıları patriarx titulu ilə yanaşı həm də Arxiyepiskop tituluna malikdirlər. Roma-katolik kilsəsində Arxiyepiskop titulu mahiyyətcə qədim dövrün mitropolit titulu ilə eyniləşmişdir. Anqlikan kilsəsində primas və İngiltərənin 2-ci kilsə əyalətinin başçısı da Arxiyepiskop titulu daşıyır.
Arxiyepiskop Turyan
Arxiyepiskop Leon Turyan (ing. Leon Tourian; 1879, Konstantinopol – 24 dekabr 1933, Nyu-York, Nyu-York ştatı) ABŞ-dakı Erməni Apostol kilsəsinin Şərgi Yeparxiyasının Priması (Primate (bishop) olub, 24 dekabr 1933-cü ildə Nyu-Yorkda siyasi rəqibləri tərəfindən qətlə yetirilib. == Bioqrafiyası == Qevont Turyan 1879-cu il yanvarın 1-i İstanbulda anadan olub. 1931-ci ildə Nyu-Yorka təyinat almamışdan əvvəl Turyan İzmirin arxiyepiskopu olub, həmçinin İstanbulda, Yunanıstanda, Bolqarıstanda və Britaniyada erməni kilsələrində çalışıb. Arxiyepiskopun öldürülməsinə səbəb olan insident iyulun 1-i 1933-cü ildə Çikaqoda (ABŞ) keçirilən "Təkamül əsri" sərgisində erməni pavilyonunda baş verib. Belə ki, səhnədə duaya başlamamışdan əvvəl Turyan səhnədə olan Ermənistan Demokratik Respublikasının üç rəngli bayrağının yığışdırılmasına göstəriş verib. Arxiyepiskopun fikrincə onun bu bayrağın yanında durması Sovet Ermənistanının hakimiyyəti ilə erməni kilsəsinin münasibətlərini korlaya bilərdi. Çünki erməni kilsəsinin mənəvi mərkəzi olan Eçmiadzin (Üç Kilsə) məhz Sovet Ermənistanında yerləşir və qərbdəki erməni kilsəsi Sovet hakimiyyəti ilə dostluq münasibətlərini qoruyub saxlamalıdır. Lakin Daşnaksütunun aktiv üzvləri arxiyepiskopun bu hərəkətini satqınlıq kimi gəbul ediblər. Bir müddət sonra Turyan Vuster şəhərində (Massaçusets ştatı) 5 nəfər daşnakın hücumuna məruz qalır.