Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arsia dağı
Arsia dağı — Marsda vulkan. Planetin ekvatora yaxınlığında Tharsis çöküntüsündə üç vulkan Tharsis cənubunda yerləşir. Şimalına Pavonis dağı , şimaldan isə Askraus dağı yerləşir. Günəş sistemindəki ən yüksək vulkan, Olmpus Dağı, şimal-qərbindədir. Onun adı Giyovanni Siparelli tərəfindən ardıcıl Roman Arsiya Silvanın meşəsindən sonra adını verdiyi bir xəritədə müvafiq albedo xüsusiyyətindən gəlir. == Quruluş == Arsia Dağı zirvəsində nisbətən aşağı yamacda və kütləvi olan bir qalxan vulkandır. Üç Tarsis dağı vulkanının cənub hissəsi ekvatorun cənubundakı yeganə böyük Tarsis vulkanıdır. Vulkan 435 kilometr (270 mil) diametri, təxminən 20 km (12 mil) yüksək (ətrafdakı ovalardan 9 kilometr (5,6 mil) yuxarıda) ) və zirvə 110 km (72 mil) geniş. Zirvədə 107 Paskaldan aşağı atmosfer təzyiqi aşağı olur. Olmpus dağı istisna olmaqla, həcm baxımından ən böyük bilinən volkan.
ARIA Charts
ARIA Charts - Avstraliyada "Australian Recording Industry Association" tərəfindən yayımlanan rəsmi hit parad.
Aria (jurnal)
"Aria" (アリア) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan keçmiş aylıq şoco və cosey manqası jurnalı. 2010-cu ilin aprelində Kodansha yeni jurnalın təsis edilməsində maraqlı olduğunu açıqlamışdır. Jurnalın ilk sayı 28 iyul 2010-cu ildə çapdan çıxmışdır. Jurnal B5 formatında nəşr olunur. "Aria" jurnalı əsasən 16-22 yaşlı qadınlar üçün nəzərdə tutulmuşdur. 2013-cü ildə Kodansha "Shingeki no Kyojin" manqa seriyasının spin-offu olan Attack on Titan: No Regrets manqasının proloq fəslinə olan təlabatı ödəmək üçün jurnalın tiraj sayını təxminən 500 % (80.000 nüsxə) artırmağa qərar vermişdir.Jurnal 28 aprel 2018-ci ildə fəaliyyətini dayandırmışdır. == Manqa seriyaları == Amatou Penguin - Kenci Sonishi Ani - Imo - Haruko Kurumatani Demon from a Foreign Land – Kaori Yuki GDGD-DOGS - Ema Toyama Haikyo Shojo - Nao Tsukici (başa çatıb) Hanirabi!
Aria alnifolia
Sorbus alnifolia (lat. Sorbus alnifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Aria nivea
Sorbus aria (lat. Sorbus aria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Sorbus aria
Sorbus aria (lat. Sorbus aria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
ANİİA
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri. == Tarixi == Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir. Assosiasiya müvafiq dövlət qurumlarının daimi hərtərəfli dəstəyilə öz fəaliyyətini göstərilən etimada uyğun olaraq davam etdirməkdədir. ANİİA rəhbərliyi və üzvləri Respublika əhəmiyyətli tədbirlərdə hər zaman təmsil olunur. Ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə ölkəmizdə və Belarusiya, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil edilən biznes forumlarda İqtisadiyyat Nazirliyinin birbaşa dəvəti ilə iştirak edirlər. Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər. == Məqsədi == Assosiyasiyanın məqsədi nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərmək, Azərbaycan narının dünya bazarında "Made in Azerbaijan" brendi kimi tanınmasına dəstək verməkdir.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. Nazirlik Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Aralia
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Arara
Arara — Braziliyanın şəhəridir.
Arava
Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Araşa
Araşa, Barreyru - d i - Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Ardea
Əsl vağ (lat. Ardea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Ardıc
Ardıc (lat. Juniperus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. == Təbabətdə == XVII əsr müəllifi Məhəmməd Möminə görə, ardıc həlimi sidikqovucu təsirə malikdir, ələş xəstəliyində və bağırsaqda bəzi qurd növlərinə qarşı kömək еdir. Ovxalanmış ardıcın iynəyarpağından hazırlanmış komprеs xoralarda, bədənin kеyiməsində, uyuzda xеyirlidir. Ovxalanmış mеyvələrinin sirkə ilə mərhəmi saç töküldükdə xеyirlidir. Ardıc mеyvələri və əncirdən hazırlanmış məlhəm bədən donmasında tətbiq еdilir. Təngənəfəslikdə 30 q ardıq mеyvələrinin, 15 q kərə yağı və 60 q balın qarışığı məsləhət görülür. Həddindən artıq qəbul еdildikdə, ardıc qaraciyərə ziyandır. Bu zaman quluncan köməyə gəlir. Ardıc mədəyə ziyan vеrməsin dеyə onu bal ilə qarışdırmaq lazımdır.
Areca
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Areva
"Areva" — Fransa şirkəti; nüvə enerjisi üçün avadanlıqların icad edilməsi, istehsalı və alternativ mənbələrdən elektrik enerjisinin istehsalı sahəsində fəaliyyət göstərir. Bu şirkət nüvə enerjisinin istehsalı sahəsində bütün fəaliyyət növləri üzrə təcrübəsi olan yeganə şirkətdir. Şirkətin qərargahı Parisdə, Kurbevuada yerləşir.
Arhat
Arhat (sanskritcə: ləyaqətli, hörmətli, məşhur) — buddizmdə "nirvanaya daxil olmağa layiqli" olan; Budda müqəddəsi, ilk dəfə Budda Şakyamuni özünü arhat adlandırmış, ondan sonra şagirdləri va ardıcılları da bu adı ("Buddadan sonrakı Buddalar") daşımışlar. Hinayana məktəblərində, xüsusilə therevadada arhatliq ruhani kamilliyinin yüksək pilləsidir; arhat həyatını başa vurduqdan sonra bir daha yenidəndoğulma vərhələsini yaşamır, birbaşa nirvanaya keçir. İnsan təbiətinin bütün qeyri-kamilliklərindən, "mən" haqqında yanlış fikirlərdən tam azad olmuş arhat (kişi, yaxud qadın) üçlü biliyə (özünün əvvəlki doğulmaları, başqa şəxslərin doğulmaları və əqli pozuntunun aradan qaldırılması haqqında) malikdir. Mahayana ədəbiyyatinda arhatlarin "Budda torpaqlarında (buddha-kşetra) yaşamasında bəhs olunur. Mahayana ikonoqrafiyasında arhatın təsvirinə tez-tez rast gəlinir: məsələn, "Budda 16 böyük arhatın əhatəsində" adlı məşhur əsərdə.
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
Ariya
Ariya (it. aria – hava, təranə) — operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində vokalist tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü. Adətən ariyadan əvvəl orkestr girişi və reçitativ səslənir.
Arnica
Öküzotu (lat. Arnica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Arnica acaulis (Walter) "Britton, Sterns & Poggenb." Arnica angustifolia Vahl Arnica angustifolia subsp. alpina (L.) I.K.Ferguson Arnica angustifolia subsp. iljinii (Maguire) I.K.Ferguson Arnica attenuata (Greene) Maguire Arnica cernua Howell Şamisso öküzotu (Arnica chamissonis Less.) Arnica cordifolia Hook. Arnica dealbata (A.Gray) B.G.Baldwin Arnica denudata Greene Arnica discoidea Benth. Arnica fulgens Pursh Arnica gracilis Rydb. Arnica griscomii Fernald Arnica griscomii subsp. frigida (C.A.Mey. ex Iljin) S.J.Wolf Arnica intermedia Turcz.
Arçil
II Arçil (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö. 1767) - Elizbar Taktakişvilinin qızı Tinatin ilə evlənmişdi. Yese (ö.