Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afrodizyak
Afrodizyak və ya sevgi dərmanı istifadə edildikdə libidonu artıran bir maddə hesab olunur. Bu ad Yunan mifologiyasındakı sevgi və gözəllik ilahəsi Afroditadan gəlir. Yunan dilində aphrodisiakon (ἀφροδισιακόν) "Afroditaya aid" deməkdir.
Afrodisias
Afrodisias (q.yun. Ἀφροδισιάς, Aphrodisiás) Tanrı Afroditaya həsr olunmuş bir çox qədim şəhərlərin ümumi adı. Afrodisias adlanan şəhərlərin ən məşhuru bu gün Aydın ilinin Karacasu rayonunun Qeyre məhəlləsinin, Anadolunun cənub-qərbindəki köhnə Kariya bölgəsinin yerləşdiyi yerdəydi. 2009-cu ildə Afrodiziya UNESCO tərəfindən Dünya İrsi Mirası siyahısına daxil edildi və 2017-ci ildə Dünya İrsi Mirası olaraq qeydiyyata alındı. == Tarixi == E.ə. V əsrdə şəhər, Roma İmperiyası dövründə, eramızın I əsri ilə e.ə V əsri arasında inkişaf etdirildi, əhəmiyyətli bir sənət mərkəzinə, xüsusən heykəltəraşlığa çevrildi və Afrodita məbədi və Afrodita adına edilən mərasimlərlə məşhur olmuşdu. Zəlzələ bölgəsində yerləşdiyinə görə Afrodisias şəhəri bütün tarix boyu bir çox zəlzələdən ciddi şəkildə təsirlənmişdi. Xüsusilə 4-cü əsr və 7-ci əsrlərdə böyük zəlzələlərin olduğu məlumdur. 4-cü əsrin zəlzələsi Afrodisiasın yerləşdiyi ərazidə su axını kanallarını da dəyişdirdi və şəhərin bəzi hissələrini sel üçün münasib hala gətirdi. Daşqın problemini həll etmək üçün təcili olaraq qurulduğu aydın olan evakuasiya sisteminin sübutlarını bu gün də görmək mümkündür.