Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazovıy
Bazovıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 500 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 1,5 km cənub-şərqdə, Zabor adası 2 km şimal-qərbdə və Kolosov adaları 2,7 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 850 metrdir. Sahilləri alçaqdır. Adada hansısa hündürlük yoxdur. Ada alcaqboylu otlarla örtülü olur.
Hovil
Hovil — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.Hovil kəndi dəniz səviyyəsindən təxminən 800 metr hündürlüyündə malikdir Hətta Hovil kəndində çoxlu balağlar və şəlalələr vardır. Fransız səyyahı "Aleksandr Duma" Qafqaz Səfəri Bakı əsərində Hovil kəndin gözəlliyindən və Hovil kəndinin sakinlərinin qonaqpərvər olduğunu təsvir etmişdir == Əhalisi == Əhalisi 303 nəfərdir. == Toponimiyası == Oykonim talış dilində Hiyovil kimi tələffüz edilir.
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km.Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Hovik Abrahamyan
Ovik Arqamoviç Abraamyan (erm. Հովիկ Աբրահամյան; 24 yanvar 1958, İmanşahlı, Qəmərli rayonu) — Ermənistan dövlət xadimi, Ermənistan keçmiş baş naziri.(2014–2016) == Tərcümeyi-halı == 1977–1979 — Sovet Ordusu sıralarında hərbi xidmət. 13 aprel 2014-cü ildə Ermənistanın baş naziri təyin edilib. Ermənistan Respublika Partiyasının üzvüdür. == İctimai obrazı == Abraamyanın ləqəbi — "Muk"dur (erm. Մուկ), tərcümədə "siçan" deməkdir. Müsahibələrinin birində Abramyan bildirdi ki, bu ləqəbi ona uşaqkən nənəsi ondan konfet oğurladığına görə verib. 2008-ci ildə ABŞ-nin Ermənistandakı səfirinin müavini Cozef Penniqton Amerikaya göndərdiyi sənəddə onun haqqında yazırdı ki, Abramyan "xarici müşahidəçilər və bir çox ermənilər tərəfindən yonulmamış, pis təhsil almış və təsadüfi fiqur, küt nuvoriş, çirkli pul siyasəti obrazı, dövlət inzibati resurslarından sui-istifadə edən, axırıncı pis erməni siyasətində bic müxalifətçi kimi tanınır", " işləyən siyasət maşınında … yerli idarəetmə orqanlarıından səslər üçün məqsədli surətdə istifadə edən və baş nazirliyə can atan mərkəzdir", " Serj Sarqsyanın seçki kampaniyasında çirkli və məcburi taktikaların əsas cari başçısıdır" and "an unsophisticated thug" whose "instincts are not progressive". və ""hissləri mütərəqqi olmayan başkəsəndir". Bundan başqa 2008-ci ildə, ABŞ-nin Ermənistandakı səfiri Mari Yovoviç Abraamyanı siyasi hakimiyyətini öz biznes maraqlarını həyata keçirmək üçün istifadə edən siyasətçi kimi xarakterizə etdi.
Hovin (Hurand)
Hovin (fars. هوين‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (18 ailə).
Hoviq Demirciyan
Ovik Dəmirçyan (yun. Χόβιγκ Ντεμιρτζιάν, erm. Հովիկ Դեմիրճյան; 3 yanvar 1989, Nikosiya) — milliyətcə erməni olan Kipr müğənnisi. O Kipri 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Ovik Dəmirçyan 3 yanvar 1989-cu ildə Kiprin paytaxtı Nikosiya şəhərində erməni ailəsində anadan olmuşdur. Marketinq təhsili alan Ovik, təhsilini başa vurduqdan sonra musiqi karyerasını başlatmaq məqsədi ilə piano və gitarada ifa etməyi öyrənmiş və eyni zamanda caz və vokal dərsləri almışdır. == Musiqi karyerası == Ovikin musiqidə ilk uğuru Larnakada keçirilən musiqi yarışmasında ikinci yeri tutmağı olmuşdur. 2009-cu ilin iyun ayında onun "Den mou milas alithina (Istoria exei teleiwsei)" adlı ilk mahnısı təqdim edilmişdir. Daha sonra mahnıya videoklip də çəkilmişdir. Həmin ildə Ovik Yunanıstanın The X Factor musiqi yarışmasında iştirak etmiş və yeddinci yeri qazanmışdır.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Novıy adası
Novıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimal-şərqində, Zakrıtaya buxtasının şimal-şərqində, Pyatiuqlovka çayının mənsəbində yerləşir. Novıy adasınln şərqində Lavrov adası, cənub-şərqdə isə adsız ada yerləşir. Şərqdən qərbə doğru uzanır. Səthi hamardır. Yüksəklik yoxdur.
Novıy mir (qəzet)
Novıy mir — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. == Tarixi == İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.
Hovi Star
Hovav Sekulets (ivr. ‏חובב סקולץ‏‎; d. 19 noyabr 1986, Hayfa, İsrail) və ya səhnə adı ilə Hovi Star — İsrail müğənnisi, bəstəkarı və aktyoru. O, İsraili 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Hovav Sekulets 19 noyabr 1986-cı ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. O, altı yaşında ikən İsraildə keçirilən uşaqlar üçün musiqi yarışmalarına qatılmışdır. Hərbi xidmət zamanı Hovi İsrail Müdafiə Qüvvələri orkestrının tərkibində yer almışdır. İfaçı eyni zamanda açıq şəkildə geydir. O, musiqi ilə yanaşı həm də qrim artistidir. 2009-cu ildə Hovi İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir.
Gravity (Hoviq Demirciyan mahnısı)
Gravity (azərb. Qravitasiya‎) — Kiprin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Ovik Dəmirçyan "Gravity" mahnısı ilə Kipri Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır.