Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banknot
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Bankrot
Müflisləşmə — iflas, bankrotluq. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.
Şabalıd banketi
Şabalıd banketi — 30 oktyabr 1501-ci il tarixində Roma papası VI Aleksandrın oğlu Çezare Borcia tərəfindən Papa sarayında keçirilən keçirilən və orgiya ilə əlaqədar olan qonaqlıq. Banket haqqında məlumatlar ilk dəfə apostol protonotarisi və Apostol sarayının seremonimeysteri İohann Burkardın "Liber Notarum" adlı gündəliyində verilmişdir. Müasir tarixşünaslar belə bir hadisənin baş vermədiyini irəli sürür. == Tarixi == İohann Burkard bildirir ki, banket Çezare Borcianın Apostol sarayındakı mənzilində keçirilmişdir. Banket qonaqlarının əylənməsi üçün mənzilə 50 fahişə və kurtizanka çağırmışdır. Burkard səhnəni belə təsvir edir: == Həmçinin bax == Borciya ailəsi == Mənbə == === İstinadlar === === Ədəbiyyat === John (Johann) Burchard, Pope Alexander VI and his Court: extracts from the Latin diary of the Papal Master of Ceremonies, 1484–1506; ed. F. L. Glaser, New York, 1921 Barbara W. Tuchman, The March of Folly. New York: Knopf, 1984; p. 106 ISBN 0-394-52777-1; another issue has ISBN 0-349-13365-4 Burgo Partridge, A History of Orgies, Bonanza Books, 1960, p.