Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taraskon
Taraskon (fr. Tarascon) — Fransanın cənub-şərqində, Provans-Alp-Kot d'Azur regionunda, Buş-du-Ron departamentində, Arles rayonunda, Şatorenard kantonunda yerləşən kommunadır. == Tarixi == Taraskon 48-ci ildə Provansın cənubundakı dağ silsiləsi olan Alpil regionunda bir Roma şəhəri olaraq meydana gəlmişdir. Şəhər adını Rona çayının sahilində yaşayan və səyahətçilərə hücum edən əjdaha Taraskdan almışdır. Rəvayətə görə, əjdahanı Müqəddəs Marta əhlilləşdirmiş və sonra şəhər əhalisi tərəfindən daşlanaraq öldürülmüşdür. Beləliklə, Müqəddəs Marta Taraskonun himayədarı olmuşdur.