Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Barçenko
Aleksandr Vasilyeviç Barçenko (rus. Александр Васильевич Барченко; 1881[…], Yelets, Orlov quberniyası[d] – 25 aprel 1938 və ya 1938, Moskva) — Rusiya yazıçısı, həkimi, Okkultisti. Aleksandr Vasilyeviç Barçenko 1881-ci ildə anadan olmuşdu. O, 1917-ci il oktyabr çevrilişindən əvvəl Sankt-Peterburqda klassik gimnaziyada oxumuş, sonra Kazan və Tartuda tibb fakültələrində təhsil almışdı. Eyni zamanda xiromantiya, telepatiya və parapsixiolgiya ilə də məşğul olmuşdu. Bir müddət maliyyə nazirliyində çalışdıqdan sonra yazıçı olur. Onun əsərləri çekistlərin diqqətini cəlb edir və hətta Feliks Dzerjinski özü onunla şəxsən maraqlanır. Aleksandr Barçenko DİXK-nin yanında Birləşmiş Dövlət Siyasəti İdarəsinin xüsusi şöbəsinə işə gəlir. Bu vaxt şöbəyə "QULAQ" sisteminin yaradıcılarından biri, köhnə bolşevik Qleb Boki rəhbərlik edirdi. Aleksandr Barçenkonun tədqiqatlarına o dövr üçün çox böyük pullar ayrılırdı, hakimiyyətdən arxivlərə daxil olmağa və istənilən informasiyaları əldə etməyə sərbəst icazəsi vardı.
Vladimir Barvinok
Vladimir Barvinok (ukr. Володимир Іванович Барвінок; 22 iyun 1879 və ya 1879, Oxrameviçi[d], Çerniqov quberniyası[d], Rusiya imperiyası – 1943, Kiyev, Kiyev vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna tarixçisi, ilahiyyat magistri, xristian kilsəsi tarixçisi, biblioqraf, yazıçı, Ukrayna Xalq Respublikasının lideri, bizantoloq, ukraynaşünaslıq və tarix müəllimi, Çerniqov vilayətinin fəxri vətəndaşı, Ümumukrayna Elmlər Akademiyasının elmi işçisi, Ukrayna Elmi Bibliologiya İnstitutunun əməkdaşı. 1879-cu il iyunun 22-də Çerniqov vilayətində, əcdadlarının yüz ildən çox yaşadığı Oxrameviçi kəndində yerləşən ailə mülkündə anadan olub. Çerniqov İlahiyyat Seminariyasını (1901), Kiyev İlahiyyat Akademiyasını ilahiyyat fakültəsini (1905), burada müəllimi liturq A. A. Dmitrievskinin, Sankt-Peterburq Arxeologiya İnstitutunun (1908) və Petroqrad Universiteti (1909) Tarix və Filologiya fakültəsini bitirmişdir. 1905-ci ildə əslən Umandan olan Yevgeniya Voloviklə evlənir, bir ildən sonra oğlu Boris dünyaya gəlir. Katib köməkçisi (1905), kiçik katib, sonra Sinod Baş Prokurorluğu İdarəsinin katibi, ilahiyyat magistri, kollegial asessor (1911), Nazirliyinin Pravoslav Kilsəsi İşləri İdarəsinin kiçik katibi, Pravoslav Rus Kilsəsinin Yerli Şurasının II şöbəsinin katibi (1917). Eyni zamanda A. Geld adına (1912-1917) Petroqrad real məktəbində tarixdə dərs demişdir. 1918-ci ildən Kiyevdəki Ukrayna Dövlət Milli Kitabxanasının biblioqrafı, Din Nazirliyinin məsul işçisi, Kiyev texnikumunda ədəbiyyat və ukraynaşünaslıq müəllimi işləyir. 1919-1928-ci illərdə Ukrayna Elmlər Akademiyasının tarix-filologiya şöbəsinin əməkdaşı olmuşdur. 30 avqust 1924-cü ildə Arxeologiya Komitəsinin və Ukrayna Elmi-Tədqiqat Bibliologiya İnstitutunun katibi təyin olunur.