Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beovoz
Beovoz — Belqradda mövcud olan, paytaxtın mərkəzini şəhər ətrafı şimal, qərb və cənub hissələri ilə birləşdirən dəmiryolu şəbəkəsi. Dəmiryolu şəbəkəsinin sahibi Serbiya Dəmir Yolları şirkətidir. == Tarixi == Belqrad dəmiryol qovşağının yenidən qurulmasına 1971-ci ildən başlanılmışdır. 1977-ci ildən başlayaraq isə mərkəzi hissədə 10 km uzunluğunda tikinti başlamış və bir neçə tünel belə inşa edilmişdir. 1984-cü ildən Bataynisa - Beoqrad Sentar xətti istifadəyə verilir. Ancaq rəsmi açılış 1992-ci ildə gerçəkləşdirilir. Bu zaman şəhər mərkəzində tunelin açılması və üç istiqamətdə elektrik qatarları istifadəyə verilmişdir: qərbdə Batainitsa, şimaldan Pançevo və Belqradın cənubundakı Resnik. Operativ idarəetmə mərkəzi Belqrad-Senter stansiyasında («Prokop» kimi tanınır) yerləşir. Bu vağzalın tikintisi hələ də tam olaraq bitməmişdir. Bu stansiya təkcə daxili deyil həm də beynəlxalq reysləri də qəbul etməli idi 7 iyul 1995-ci ildə Pancev Körpüsü stansiyasına gedən ən uzun tuneldə 2 yeraltı stansiya açılmışdır Xətlərdə əsasən Riqa Vaqonqayırma Zavodunda istehsal edilən ЭР31, ЭР35 elektrik qatarları və üç qapılı vaqonlardan istifadə edilir.
Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru. Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır. 1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir. Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir. Boşboğaz (film, 1978) / rus.