Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Belici
Belici (kənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Belici (qəsəbə) — Dağıstan Respublikasının Dərbənd rayonunda qəsəbə. Belici (stansiya) — Dağıstan Respublikasının Dərbənd rayonunda stansiya.
Beliçi adası
Beliçi adası — Şantar adaları qrupuna daxil olan ada. Adanın sahəsi 70 km², uzunluğu 20 km, eni isə 1,5–7 km arasında dəyişir. Materikdən Lindholm boğazı, Kiçik Şantar adasından isə Opasnı boğazı ilə ayrılır. Meşələr ilə örtülüdür. Adanın şərqindən 2–2,5 km aralıda Srednı, Severnı və Yujnı adaları yerləşir. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Belici (kənd, Dərbənd)
Belici — Dağıstan Respublikasının Dərbənd rayonunun tərkibinə daxil olan kəndlərdən biridir. Rayon ərazisində eyniadlı qəsəbə də yerləşir. == Əhalisi == 1886-cı ildə kənd əhalisi 144 evdə 283 nəfəri kişilər, 234 nəfər isə qadınlar olmaqla 517 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənd sakinlərinin sayı 3,434 nəfər olmuş, onlardan 2,270 nəfəri etnik azərbaycanlılardan ibarət olmuşdur. Əhalisi əsasən azərbaycanlılardan,qismən tabasaranlılardan və az sayda ləzgilərdən ibarətdir.Kənddə şiə inanclılar (azərbaycan türkləri) çoxluq təşkil etsə də, burada sünnilər (tabasaranlılar və ləzgilər)də yaşayır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə: I cild.
Belici (qəsəbə, Dərbənd)
Belici (rus. Белиджи) — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən qəsəbədir, rayon ərazisində qəsəbədən daha qədim tarixə sahib eyniadlı kənd də yerləşir. Belici qəsəbəsi yaşayış məntəqəsi olaraq 1899-cu ildə salınmış, 1965-ci ildə şəhər tipli qəsəbə statusu almışdır.