Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Bezobrazov
Aleksandr Mixayloviç Bezobrazov (rus. Александр Михайлович Безобразов; 13 sentyabr 1853, Tambov – 9 oktyabr 1931, Sent-Jenevyev-de-Bua[d]) – Rusiya biznesmeni, siyasi aktivisti və avantüraçısı. Rus-yapon müharibəsinə qədərki dövrdə Rusiyanın Şərqi Asiyadakı avantüralarının arxasında o dayanırdı. == Həyatı və fəaliyyəti == Aleksandr Bezobrazov 1853-cü ildə Tambov şəhərində zadəgan ailəsində doğulmuşdur. Rusiya İmperator Ordusuna qatılmış, Süvari Mühafizəçilərində kapitan rütbəsinə qədər yüksəlmişdir. Çar II Aleksandrın 1881-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra Müqəddəs milis adlı əks-inqilabçı qrupa qatılmışdır. O, biznes maraqları ilə siyasi fəaliyyətini birləşdirmiş və 1898-ci ildə taxta-şalban biznesi vasitəsilə Koreyanın şimalında Rusiyanın təsir dairəsini artırmağa başlamışdır. Tezliklə Rusiya çarı II Nikolayın hüzuruna çıxmışdır.Bezobrazovun natiqliq bacarıqları onu bütün konsessiyaçı qrupun sözçüsünə çevirmiş və bu qrup Bezobrazov dairəsi kimi tanınmağa başlamışdır. Taxta konsessiyası üçün təklif olunan plan maliyyə naziri Sergey Vitte tərəfindən müsbət qarşılanmasa da, 1902-ci ildə çar planı təsdiqləmiş və Bezobrazovu Şərqi Asiyaya göndərmişdir. Rusiyaya qayıtdıqdan sonra dövlət katibi olmuş və 1903-cü ilin mayında Yalu Çayı Taxta Konsessiyaları adlı müəssisəsi çarın tam dəstəyini qazanmışdır.1903-cü ilin iyununda o, Uzaq Şərqdə Rusiya Taxta İstehsalı Assosiasiyasını yaratmış, Yalu çayının həm Koreya, həm də Mancuriyadakı sahillərində taxta biznesi ilə məşğul olmağı planlaşdırmışdır.
Pyotr Bezobrazov
Pyotr Alekseyeviç Bezobrazov (rus. Пётр Алексе́евич Безобра́зов; 29 yanvar 1845 – 17 iyul 1906 və ya 17 iyun 1906, Sankt-Peterburq) – Rusiya İmperator Donanmasının admiralı. Rus-yapon müharibəsi zamanı Vladivostok eskadrasının komandiri olmuşdur. Müharibədən sonra donanmanın görkəmli fiqurlarından biri olmağa davam etmişdir. == Həyatı == Pyotr Bezobrazov 1842-ci ildə doğulmuşdur. 1864-cü ildə "Dmitrii Donskoi" freqatında donanma xidmətinə başlamışdır. 1883-cü ildə "Svietlana" freqatının zabiti olmuşdur. 1885–1888-ci illərdə bir neçə kanoner qayığının komandiri təyin olunmuş, 1890-cı ildə kapitan rütbəsinə yüksəlmişdir. 1893–1897-ci illərdə "General-Admiral" krayserinin və "Navarin" döyüş gəmisinin komandiri olmuşdur. 1897-ci ildə kontr-admiral rütbəsinə yüksəlmiş, 1901-ci ilə qədər Kronştadtdakı donanma bazasındə heyət başçısı və Baltika Donanmasında köməkçi komandir olmuşdur.