Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valentin Belkeviç
Valentin Nikolayeviç Belkeviç (belar. Валянці́н Мікала́евіч Бяльке́віч; 27 yanvar 1973[…], Minsk – 1 avqust 2014, Kiyev) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet, Belarus və Ukrayna futbolçusu. Məşqçi. Belarus milli futbol komandasının keçmiş üzvü. Belkeviç 27 yanvar 1973-cü ildə Minsk şəhərində anadan olub. Atası tarixçi, anası isə rus dili müəllimi olub. Minsk "Dinamo"sunun Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. İlk məşqçisi Mixail Stepanoviç Bratçenya olub. "Dinamo"nun heyətində ilk rəsmi oyununu 4 sentyabr 1991-ci ildə, SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində "Polesye"yə qarşı keçirib. Start heyətdə meydana çıxan Belkeviç, görüşün 50-ci dəqiqəsində komandasının ikinci qolunu vurub.
Yevgeniya Berkoviç
Yevgeniya Boriovna Berkoviç (daha çox Jenya Berkoviç kimi tanınır, rus. Евге́ния Бори́совна Берко́вич; 29 aprel 1985, Leninqrad) — Rusiya teatr rejissoru, dramaturq və şairə, Yeddinci Studiyanın üzvü. “Teatr İşləri” cinayət işinin iştirakçısı. 2024-cü il iyulun 8-də 2-ci Qərb Dairə Hərbi Məhkəməsi rejissor Yevgeniya Berkoviç və dramaturq Svetlana Petriyçuku "Finist aydın şahin" tamaşasının quruluşuna görə terrora haqq qazandırmaqda ittiham edərək, altı il müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edib. Yevgeniya Berkoviç 2007-ci ildə Sankt-Peterburq Teatr Sənəti Akademiyasının teatr menecmenti ixtisasını bitirib. 2003-2008-ci illərdə Sankt-Peterburqda Gənclərin Yaradıcılıq Teatrında rejissor və müəllim kimi çalışıb. 2008-ci ildə Kirill Serebrennikovun kursunu bitirərək Moskva İncəsənət Teatr Məktəbi-Studiyasına rejissorluq ixtisasına daxil olub. Təhsil aldığı müddətdə rejissorlar İlya Şaqalov, Maksim Mışanski və Aleksandr Sozonovla birlikdə "Vinzavod Müasir İncəsənət Mərkəzi"ndə nümayiş etdirilən “Qırmızı budaq (Metropolis poeziyası)” poetik tamaşasının səhnələşdirilməsində iştirak etmişdir. Yevgeniya Berkoviç Teatr məktəbini bitirdikdə diplom işi olaraq Moskva İncəsənət Teatrının yaradıcılıq studiyasında Jan Anuyun eyniadlı pyesi əsasında "The Lark" tamaşasını səhnələşdirib (2012). Onun quruluş verdiyi tamaşada Janna Darkın məhkəməsi daxili ədalətin metaforasına çevrilib.