Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bentos
Bentos (yun. βένθος — dərinlik) — su ekosistemlərinin dib biohorizonlarında yerləşən orqanizmlərin cəmi. Bentos avtotrof orqanizmlərdən (yosunlar, qimən ali bitkilər), əsasən az hərəkətli heterotrof orqanizmlərdən (protoza, qurdlar, zəli, malyusk, xərçəngkimilər) ibarətdir.
Bento
Bento (弁当) – Yaponiya mətbəxində bir porsiya şəklində servis edilən hazır və ya evdə paketlənmiş yemək. Ənənəvi bentoya qutuya qoyulmuş düyü və ya əriştə, balıq və ya ət, bişmiş tərəvəzlərdən ibarətdir. Qutunun içində mütləq tərəvəz, oniqiri, ət məhsulu (bir parça toyuq, balıq və ya sosiska), şirniyyat və meyvə olur. Bəzən yumurtadan da istifadə olunur. Qablar bir istifadəlik toplu istehsaldan əl işi olanlara qədər fərqlilik göstərir. Yaponiyada dükkanlar, bento mağazaları (弁当屋, bentō-ya), qatar stansiyaları və supermarketlərdə hazır şəkildə satılmasına baxmayaraq, yapon qadınlar həyat yoldaşları, uşaqları və özləri üçün xüsusi olaraq bu qutuları hazırlamağa daha çox üstünlük verirlər. Bentolar kyaraben adlandırılan və mənası "personaj bentosu" olan stildə xüsusi şəkildə də hazırlana bilərlər. Kyaraben stilində yeməklər anime, manqa və ya videooyun personajlarına bənzədilir. Bir başqa bento stili oekakiben adlanır. Mənası "rəsm bentosu"dur.
Benton qraflığı (Vaşinqton)
Benton (ing. Benton) — ABŞ-nin Vaşinqton ştatında qraflıq.
Banyos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. == Etimologiya == "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Benitoa
Benitoa (lat. Benitoa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Benitoa occidentalis (H.M.Hall) D.D.Keck — Şimali Amerikada bitən yeganə növ.
Benons
Benons (fr. Bénonces) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01037. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 275 nəfər təşkil edirdi. == İdarəçilər == == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 176 nəfər arasında (15-64 yaş) 121 nəfər iqtisadi cəhətdən fəal, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.8%, 1999-cu ildə bu 68.5%). Aktiv olan 121 sakindən 114 nəfəri (64 kişi və 50 qadın), 7 nəfər işsiz (1 kişi və 6 qadın) idi. Aktiv olmayan 8 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 26 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bentli
Bentley — ingilis lüks avtomobil istehsalçısı. == Tarixi == Bentley İngiltərədə 18 yanvar 1919-cu ildə Walter Owen Bentley tərəfindən qurulmuşdur.Bentlynin ilk avtomobili (o, bu avtomobili F. Barces və Henri Varleylə birgə hazırlamışdı) 1919-cu ildə London avtosalonunda "3L" indeksi altında debüt etdi. 3 litr həcmə malik dörd silindrli mühərriki olan bu avtomobil dərhal avtomobil sənayesinin "şlyagerinə" çevrildi. Bentli bu avtomobilə 5 illik zəmanət verirdi ki, bu da o dövr üçün misli görünməmiş hal idi. Avtomobilin satışları durmadan artırdı və artıq Bentli hər gün səkkiz avtomobil buraxırdı. Bentley markalı bütün avtomobillər yüksək keyfiyyəti, komfortluluğu, etibarlılığı ilə seçilir və məşhur "Rolls-Roys" avtomobilləri ilə bərabər səviyyədə rəqabət aparırdı. 1923-cü ildən başlayaraq Bentley avtomobilləri idman yarışlarında mütəmadi iştirak etdi. 1923-cü ildə Fransanın Le-Man şəhərində 24 saatlıq yürüşdə Bentley avtomobili dördüncü yeri tutdu. Bir il sonra Bentley birinci yerə çıxdı. 1927-ci ildən 1930-cu ilədək qələbələr seriyası bir-birini əvəz etdirdi və beləliklə Le Mans yarışlarında 6 birincilik qazandı.
Benzol
Benzol (C6H6) — üzvi maddələr sinfinə daxil olan özünəməxsus, xoş, şirintəhər iyə malik, şəffaf maye. Benzol bəzən Benzen adı ilə də səslənir. == Tarix == 1865-ci ildə Alman alimi Fridrix Avqust Kekule (Bonn Universitetini bitirmişdir) benzola tsikloheksatrien (C6H6) kimi quruluş vermişdir. Sonralar benzol üçün daha bir sıra quruluşlar təklif olunmuşdur. Kekule formulundan bu günə kimi istifadə olunmasına baxmayaraq, o, benzolun xassələrini tam əks etdirmir. Belə ki, Kekule formulu benzolun birləşmə reaksiyasına daxil olmasını izah etdiyi halda, benzol üçün birləşmə reaksiyasının deyil, əvəzlənmə reaksiyasının xarakter olması, onun termodinamik və oksidləşdiricilərə qarşı davamlığı izah olunmamış qahrdı. Digər tərəfdən Kekule formuluna görə benzolun izomerdən 1,2-diəvəzli törəmələri ikidən ibarət olmalıdır. Lakin belə izomerlərin olması heç vaxt müşahidə olunmamışdır. Kekule bunu düzgün olaraq benzolda ikiqat əlaqələrin osillasiyası (yerlərini dəyişməsi) ilə izah edirdi. Hazırda müxtəlif üsullarla təsdiq edilmişdir ki, benzol molekulu koplanardır,yəni benzolda bütün atomlar bir müstəvi üzərində yerləşir və karbon atomlarındakı qoşulmuş π-elektron orbitalları həmin müstəviyə perpendikulyardır.
Bertol.
Antonio Bertoloni (it. Antonio Bertoloni, 8 fevral 1775 — 17 aprel 1869) — İtaliya botaniki. == Əsərləri == Amoenitates italicae. 1819. (ital.) Pralectiones rei herbariae. 1827. (ital.) Dissertatio de quibusdam novis plantarum speciebus et de Bysso antiquorum. 1835. (ital.) Florula guatimalensis. 1840.
Bərtaş
Bərtaş (digər adı: Bürtaş) — sülalə Bərtaş Xəzər dənizinin şimalında və Volqa çayının şərqində yaşayan bir nəsil – sülalə olmuşdur. Ərəb coğrafiyaşünaslarının yazdığına görə, bu nəslin yaşadığı yer də Bərtas və ya Bürtaş adlanırmış. == Tarixi == Bir sıra tədqiqatçıların fikrincə, VIII-X əsrin I-ci rübündə B.Donets-Don çay arasındakı meşə-çöl zonasında, xəzərlər ilə Volqaboyu bulqarları arasında yaşamışlar. Saltovo-Mayats mədəniyyətinin meşə-çöl (alan-as) variantının arxeoloji abidələri onlarla əlaqələndirilir. Xəzər xaqanlığının tələbi ilə zəruri olduqda 10 min nəfərə qədər silahlanmış süvari çıxarırdılar. 965 ildə Kiyev knyazı Svyatoslavın Xəzər xaqanlığına yürüşü zamanı darmadağın edilmişlər. Bundan sonra şm. və şm.-ş.-ə, Volqaboyu bulqarları və mordvaların ərazisinə köçmüşlər. Digər mülahizəyə (A.X.Xalikov və b.) görə, B.eramızın I-ci minilliyinin sonlarında Sura və Mokşa çayları hövzəsində təşəkkül tapmışlar.' XII-əsrin əvvələrində rus salnamələrində B.(mordvalar və çeremislərlə yanaşı) Kiyev knyazlarından asılı xalq kimi qeyd olunurlar; 1380 ildə B. Kulikova vuruşmasında (1380) iştirak edən bəylərbəyi Mamayın qoşununun tərkibində idilər. XVI-XVII əsrlərin akt sənədlərində B. Mordva və Meşşera diyarlarında gəlmələr kimi qeyd edilirlər.
Gentoo
Gentoo (jentu, gentu – oxunur) – GNU/Linux əməliyyat sistemlərin bir növü. Güclü Portage texnologiya ilə təmin olunub. Ən sürətli Linux distributivlərindən biridir. Adını Pygoscelis papua adlı pinqvinlərdən götürüb. Ginnesin rekordlar kitabına əsasən, bu növ pinqvinıər ən sürətli sayılır (36 km.s). Meta distributivlərə aiddir. Daniel Robinson tərəfindən 1999-cu ildə yaradılıb.
Santos
Santos (port. Santos) — Braziliyanın San-Paulu ştatında yerləşən liman-şəhər. Osvaldo Moles – jurnalist.
Sentosa
Sentosa və ya Blakanq-Mati (ing. Sentosa, tam. செந்தோசா, çin. 圣淘沙) — Hind okeanında yerləşən, Sinqapura məxsus ada. Tropik Sentosa adası Sinqapurdan beş yüz metr cənubda yerləşir. Adanı Sinqapurdan Keppel boğazı ayırır. Sentosa malay dilində «sakitlik» mənası deməkdir. Sentosa asiyanın Disneylendi hesab olunur. Adada dünyanın ən böyük əyləncə mərkəzlərindən biri, eləcədə bir çox görməli yerlər: Siloso fortu, Dəniz həyatı okeanariumu, Merlion heykəli və s. var.
Pentod
Pentod (q. yun. πέντε) — ekranlama toru olan vakuum elektron lampasıdır, içərisində dinatron effektini boğaraq, ekranlama toru ilə anod arasında üçüncü (qoruyucu və ya anti-dinatron) şəbəkə yerləşdirilir. Əksər pentodlarda üçüncü tor və katod şüşə içərisində birləşdirilir, buna görə də onların yalnız dörd siqnçıxışınainə malikdir. Tarixi ədəbiyyatda məhz bu dörd çıxışlı lampalar ciddi mənada pentodlar, üçüncü toru ayrıca çıxışı olan pentodlar isə "üç torlu lampalar" adlanırdı.
Kristian Benites
Kristian Benites (ing. Christian Rogelio Benítez Betancourt, 1 may, 1986. Ekvador – 29 iyul, 2013. Doha) — Meksikanın "Amerika" klubunun və Ekvador millisinin futbolçusu. == Həyatı == 1 may 1986-cı ildə anadan olub. Hücumçu Kristian Benites 2005-ci ildən Ekvador millisinin formasını geyinib. 2009–2010 mövsümündə o, İngiltərənin "Birminhem Siti" klubunda da çıxış edib. 2013-cü ilin iyul ayının 29-da 27 yaşlı futbolçu ürək tutmasından dünyasını dəyişib.
Mintos FK
«Mintos» — Rostov vilayəti Novoçerkassk şəhərində fəaliyyət göstərən futbol klubu. 2009-cu ilə qədər həvəskarlar və regional layihələrdə iştirak edirdi. 2009-cu ildə HFL «Cənub» zonasında birinci yeri tutaraq yuxarı pilləyə qalxmışdır. 2010-cu ildə Futbol üzrə İkinci divizyonun «Cənub» zonası qəbul edilmişdir. Mintos FK peşəkar klub olaraq ilk oyununu 2008-ci ildə Rostov vilayət liqasında keçirmişdir. Klub bir oyunu məğlub olmadan Liqanın finalına yüksəlmişdir. Son nəticə olaraq birinci yeri tutan klubdan yalnız bir xal geri qalaraq ikinci yeri tutur. Mintos 2009-cu ildə HFL «Cənub» zonasında iştirak etmişdir. Futbol üzrə Rusiya Kubokunun bir necə mərhələsini keçərək 1/32 finala qədər irəliləyə bilmişdir. Bu mərhələdı Belqorodu təmsil edən SalyutFK məğlub olmuşdur.
Mixay Lantoş
Mixay Lantoş (mac. Lantos Mihály; 29 sentyabr 1928, Budapeşt, Macarıstan – 31 dekabr 1989, Budapeşt), həmçinin Mixay Lendenmayer kimi də tanınır (alm. Mihály Lendenmayer‎) — müdafiəçi mövqeyində çıxış etmiş Macarıstan futbolçusu və məşqçisi. 1948-ci ildə Lantoş MTK üçün oynayırdı. 1949-cu ildə Macarıstan kommunist dövlət halına gəldikdən sonra MTK Dövlət Təhlükəsizlik Müdirliyinə təhvil verildi və klub daha sonra adını bir neçə dəfə dəyişdirdi. 1949-cu ildən 1956-cı ilə qədər Lantoş 52 matç oynadı və Macarıstan milli komandası üçün beş qol vurdu. Polşa ilə matçda 10 iyul 1949-cu ildə beynəlxalq arenada debüt etdi. Komandası 8:2 hesabı ilə qalib gəldi. Dünya Kubokunun son mərhələsində, Macarıstanın bütün beş matçını oynadı, Cənubi Koreyaya qarşı ilk matçda qol vurdu. Mixay Lantoş 31 dekabr 1989-cu ildə dünyasını dəyişib.
Murat Menteş
Murat Menteş (d. 1974, İstanbul), Türk şair və yazıçıdır. 2009-cu ildə nəşr olunan Korkma Ben Varım adlı romanı, Türkiyə Yazıçılar Birliyi (Türkiye Yazarlar Birliği) tərəfindən roman nominasiyasında mükafata layiq görülmüşdür. Menteş romanı Türkcə ədəbiyyatında çoxca qarşılaşılmayan qeyri-adi hadisələrlə doludur. Və bu qeyri-adi hadisələr, son dərəcə enerjili bir üslubla izah edilir. "Romanı, saatda 300 km. gedə bilən bir idman avtomobili kimi hazırlayıram. İstəyən oxucu yavaş gedə bilər, lakin sürətli oxunmaq üçün əlverişli bir izahatı mənimsəyirəm." — deyən yazıçı üçün sürət, romanın təməl daşlarından biridir. Buna görə də kitablarında uzun təsvirlərə yol verməz. Bu vəziyyəti, "Əvvəllər romançılar bir dağı ya da bir otağı detallı bir şəkildə təsvir edərkən bu gün vizual erada yaşadığımız və hər kəs hər şeyi gördüyü üçün təsvir, romanı kobudlaşdıran bir şeyə çevrilir." — şəklində açıqlayır.
Mustafa Şəntop
Mustafa Şentop (6 avqust 1968, Təkirdağ) — türk siyasətçisi və 24, 25, 26. Dövr Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul, 27. AK Partiya Tekirdağ millət vəkili. 2011-ci il Türkiyə ümumi seçkilərində ilk dəfə Türkiyə Böyük Millət Məclisinə daxil olan Şentop, 2012–2015-ci illərdə AK Partiya sədr müavini vəzifəsində çalışıb.
Proprioseiopsis beatus
Proprioseiopsis beatus (lat. Proprioseiopsis beatus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis beatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qreqorio Benito
Qreqorio Benito (21 oktyabr 1946 – 2 aprel 2020, Madrid) — İspaniyanın “Real Madrid” klubunun futbolçusu. Qreqorio Benito 21 oktyabr 1946-cı ildə Kastiliya – La-Mançada doğulub. 1966-1982-ci illərdə “Real”da çıxış edib. O, komanda ilə 6 dəfə La Liqa, 5 dəfə İspaniya kubokunun qalibi olub. 2 aprel 2020-ci ildə Madriddə vəfat edib.
Rentso Piano
Rentso Piano (14 sentyabr 1937[…], Genuya) — italyan memar. Rentso Piano inşaatçılıqla məşğul olan ailənin oğlu kimi doğulmuşdur. 1971-ci ildə Riçard Rocers ilə birlikdə Piano&Rocers firmasını qurmuşdur. Rentso Piano RİBA Qızıl medalına (1989), Neutra mükafatına (1991), İmperial mükafatına (1995), Erasmus mükafatına (1995), Pritsker mükafatına (1998), Sonninq mükafatına (2008) layiq görülmüşdür.
Rocer Fenton
Rocer Fenton ( 28 mart 1819 – 8 avqust 1869[…], London) — bilinən ilk rəsmi müharibə fotoqrafı.
Santos FK
Santos Futbol Klubu — Braziliyada futbol klubu.1912-ci ildə yaranmışdır. 2023-cü ildə 2-ci liqaya düşmüşdür.
Senton ləhcəsi
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.