Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biseksuallıq
Biseksuallıq və ya biseksualizm — həm kişi , həm də qadınlara, o cümlədən birdən çox genderə qarşı romantik cazibə, cinsi cazibə və ya seksual davranış. Bu termin cinsiyyətindən və gender kimliyindən asılı olmayaraq insanlara romantik və ya cinsi cazibə bəsləmək mənasında da istifadə edilə bilər. Buna panseksuallıq da deyilir. Biseksuallıq termini əsasən kişilərə və qadınlara qarşı bəslənən romantik və ya seksual hissləri ifadə etmək üçün istifadə olunur. Bu anlayış heteroseksuallıq və homoseksuallıq ilə birlikdə cinsi oriyentasiyanın üç əsas təsnifatından biridir. Biseksual kimlik hər iki cins üçün eyni cinsi cazibəyə bərabər olmaq məcburiyyətində deyil. Ümumiyyətlə, bir cinsdən digərinə nisbətən fərqli, lakin müstəsna olmayan cinsi seçimləri olan insanlar da özlərini biseksual hesab edirlər. Müasir elm adamları cinsi oriyentasiyanın dəqiq səbəbini bilmirlər. Buna baxmayaraq, onlar bunun genetik, hormonal və ekoloji amillərin mürəkkəb qarşılıqlı təsirindən qaynaqlandığını irəli sürürlər və bunu seçim kimi qiymətləndirmirlər. Cinsi oriyentasiyanın səbəbi ilə bağlı tək bir nəzəriyyə indiyədək geniş yayılmasa da, elm adamları biologiyaya əsaslanan nəzəriyyələrə üstünlük verirlər.