Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blaqodat dağı
Blaqodat dağı (rus. Благодать-гора) — Rusiyanın Svedlovsk vilayəti ərazisində yerləşən dağ. Dağ Ural dağlarının şərq ətəklərində, Kuşva şəhəri yaxınlığında qərarlaşır. Zirvə 1735-ci ildə iri maqnetit yatağının aşkarlanmasına görə məşhurlaşmışdır. == Coğrafi xüsusiyyətləri == Blaqodat dağı Ural dağlarının şərq ətəklərində, Sverdlovsk vilayəti, Kuvşinski şəhər dairəsi ərazisində yerləşir. XVII əsrin 30-cu illərindən XX əsrin əvvəllərində qədər buradan maqnetit çıxarılırdı. Dünyanın ən böyük maqnetit yatağı hesab edilirdi. Zirvənin ətəklərindən Salda çayı başlayır. Zirvədən şərqdə Saldi bataqlığı yerləşir. Şimaldan cənuba doğru uzunluğu Ural silsiləsinə paralel olaraq təxminən 2,5 kilometrə bərabərdir.
Blaqovar rayonu
Blaqovar rayonu (başq. Благовар районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Yazıkovo kəndidir. Ufa 70 km qərbdə yerləşir. == Coğrafi yerləşməsi == Başqırdıstanın qərbində yerləşir. Rayonun ərazisi 1611 km² təşkil edir. Ərazisinin 7 % meşələr təşkil edir. İqlimi kontinental mülayimdir. Rütubət çatışmamazlığı vardır. Əsasən qara torpaqlar ilə örtülüdür.