Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qlanost
Qlasnost (rus. гла́сность) və ya Aşkarlıq — SSRİ-nin son dövründə Mixail Qorbaçovun liderliyində ölkədə xüsusilə iqtisadi problemlərə son vermək məqsədiylə tətbiq siyasətlərin hamısına verilən addır. 1985-ci ildə tətbiq olunmağa başlamış, SSRİ-nin dağılmasıyla sona çatmışdır.
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Laqos
Laqos — Nigeriyanın ən böyük şəhəri. 1991-ci ilin dekabr ayınadək ölkənin paytaxtı olmuşdur. Əhalisi 7 937 932 nəfər (2006), sahəsi 999,6 km²-dir.
Blaqodat dağı
Blaqodat dağı (rus. Благодать-гора) — Rusiyanın Svedlovsk vilayəti ərazisində yerləşən dağ. Dağ Ural dağlarının şərq ətəklərində, Kuşva şəhəri yaxınlığında qərarlaşır. Zirvə 1735-ci ildə iri maqnetit yatağının aşkarlanmasına görə məşhurlaşmışdır. == Coğrafi xüsusiyyətləri == Blaqodat dağı Ural dağlarının şərq ətəklərində, Sverdlovsk vilayəti, Kuvşinski şəhər dairəsi ərazisində yerləşir. XVII əsrin 30-cu illərindən XX əsrin əvvəllərində qədər buradan maqnetit çıxarılırdı. Dünyanın ən böyük maqnetit yatağı hesab edilirdi. Zirvənin ətəklərindən Salda çayı başlayır. Zirvədən şərqdə Saldi bataqlığı yerləşir. Şimaldan cənuba doğru uzunluğu Ural silsiləsinə paralel olaraq təxminən 2,5 kilometrə bərabərdir.
Oryak-Laqast
Oryak-Laqast (fr. Auriac-Lagast, oks. Auriac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kassan-Beqone kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12015. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 23 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 148 nəfər arasında (15–64 yaş arasında) 100 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,6%, 1999-cu ildə bu 67,7%).
Mladost Luçani FK
Mladost Luçani FK (Serb kirili: ФК Младост Лучани) — Serbiyanın Luçani şəhərini təmsil edən peşəkar Serbiya futbol klubudur. Klub Serbiyanın əsas liqası hesab edilən Serbiya Superliqasında mübarizə aparır. == Tarixi == Klub 1952-ci ildə təsis edilmişdir. Klub 1989-cu ildə Yuqoslaviya Üçüncü Liqasında (Şərq Qrupunda) qələbə qazanaraq ilk böyük nailiyyətinə imza atmışdır. Bu qələbə klubun 1989-90 mövsümündə Yuqoslaviya İkinci Liqasında iştirakını təmin etmişdir. Lakin onlar liqa başa çatdıqdan sonra yenidən aşağı liqaya düşmüşlər.Yuqoslaviyanın dağıldığı dönəmlərdə klub milli səviyyədə daha rəqabətədavamlı klub olmuşdur. Klub mütəmadi olaraq ən yüksək liqa yarışlarında mübarizə aparmışdır. Onlar 1995-ci ildə Yuqoslaviya İkinci Liqasının qalibi olmuş və növbəti mövsümdə Birinci Liqaya (İB Liqası) vəsiqə qazanmışdır. Klub Birinci Liqada (son iki mövsümü İA Liqasında keçirib) üç mövsüm mübarizə aparmış və 1998-ci ildə yenidən aşağı liqaya düşmüşlər.2001-ci ildə klub İkinci Liqada (Qərb Qrupu) qələbə qazandıqdan sonra Yuqoslaviyanın Birinci Liqasına yenidən vəsiqə qazanmışdır. Lakin onlar həmin mövsümdəcə aşağı liqaya düşmüşlər.
Mladost Podqoritsa FK
Mladost Podqoritsa – Monteneqronın futbol klubu.
Laqos ştatı
Laqos ştatı (ing. Lagos State) — Nigeriya Cənub-qərb geosiyasi zonasında ştat. Şimalda və şərqdə Oqun ştatı ilə, qərdə isə Benin ilə həmsərhəddir. Cənubda Atlantik okeanın tərəfindən sulanır. == Adı == Laqos Portuqallılar gələn vaxtından bəri qəbul olunmuş addır. Ondan əvvəl, Eko adı işlənilirdi. Bu əvvəlki ad əsasən Laqos adasına aid olaraq istifadə olunurdu. Ekonun ilk sakinləri Avori tayfası idi. Avori ovçuları və balıqçıları İfedən sahil tərəfi köçüblər. Eko sözü bini dilindəki hərbi düşərgə sözündən gəlir.
Rikardo Laqos
Rikardo Froilan Laqos Eskobar (isp. Ricardo Froilán Lagos Escobar; 2 mart 1938, Santyaqo) — vəkil, iqtisadiyyatçı və 2000–2006-cı illərdə Çili prezidenti. Rikardo ABŞ-nin Laqos ştatında yerləşən Braun Universitetində siyasət və iqtisadiyyat dərsləri keçir. Həmçinin Madrid Klubunun keçmiş prezidentidir.