Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bioko
Bioko (1973-cü ilədək Fernando-Po,1979-cu ilədək Masias-Ngema-Biyoqo) — Atlantika okeanının Qvineya körfəzində ada. Afrika sahilləri yaxınlığındadır; Ekvatorial Qvineyanın ərazisidir. == Sahəsi == Sahəsi 2017 km2 . Uzunluğu 70 km, eni 30 km-ədək. == Əhalisi == Əhalisi təqribən 258 min (2005). Bioko ölkənin daha çox məskunlaşmış hissəsidir. == Xüsusiyyətləri == Bir neçə vulkan konusunun (hündürlüyü 3007 m-ədək) birləşməsindən yaranmışdır. Dağ yamacları rütubətli tropik meşələrlə örtülüdür. Piko-de-Santa-İsabel qoruğu Bioko ərazisindədir. Kakao, qəhvə plantasiyaları var; maniok, yerfındığı, şəkər qamışı becərilir.
Bliyo
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).
Lizyö
Lizyö (fr. Lisieux Fransızca tələffüz: [lizjø]) — Fransanın şimal-qərbində yerləşir. Normandiya regionunun Kalvados departamentinə daxildir. Əyalətin o cümlədən də kantonun mərkəzidir. Lizyö Oj torpağının əsas tarixi şəhərlərindən biri sayılır. Əhalisi 20881 nəfərdir (2014). == Tarixi == Keçmiş dövrlərdə Lizyö qədim Hall qəbiləsinin paytaxtı olmuşdur. Bu haqda Sezar öz yazılarında qeyd edir (Hall döyüşləri). Şəhər indiki Lizyö şəhərindən 3 km cənub-qərbdə yerləşirdi. Ərazisi isə 200 hektar idi.
Blanko burnu
Blanko burnu və ya Ben-Sekka (Babi-Blanko, Kap-Blan; ərəb. الرأس الأبيض‎) — Afrika materikinin şimal qutaracağında yerləşən burun. Aralıq dənizi sahilində, Tunis ərazisində yerləşir. Bizerta şəhəri yaxınlığında yerləşir.
Blaşko xətləri
Blaşko xətləri olduqca nadir görünür və ilk olaraq 1901-ci ildə alman dermatoloqu Alfred Blaşko tərəfindən təqdim edilən, açıqlana bilməyən bir insan anatomiyası fenomenidir. Nə müəyyən bir xəstəlik, nə də bir xəstəliyin təxmin edilə bilən əlamətidir. Bir çox köçürülən və əldə edilən bədən, ya da mukoz xəstəliyi özlərini, lentlərinin vizual görünüşünü yaradan naxışlara görə izah edirlər. Onları daha müəyyən hala gətirən şey xəstədən, xəstəyə bənzər yaxınlıqda uyğunlaşmalaradır, ümumiyyətlə, onurğa ətrafında V şəklində sinə, qarın və yan tərəflər ətrafında S şəklində forma götürər. == Əlamətləri == Ən ilginci isə gedən cəsəd sindromudur. Bu xəstəliyin daşıyıcıları ölü olduqlarına inanırlar. Bu bir ağılı depressiya və intihar meylləri sindromudur. Belə ki, bu vəziyyətdə xəstə hər şeyini itirmiş olmaqdan şikayət edir. Onlar ehtiraslarını, bədəninin bir qismini ya da hamısını, ümumiyyətlə öldüyünü və gedən bir cəsəd olduğunu düşünürlər. Şizofreniyaya tutulanlar da öldüklərini, ətlərinin çürüdüyünü, bəzən də həyati orqanlarının ya da qanının olmadığını düşünürlər.Bəzən bu, xəstənin bədənində qurdların gəzişdiyini iddia etmə dərəcəsinə qədər uzanar.
Blidyo adası
Blidyo (isv. Blidö) — Stokholm arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Norrtele kommunasına daxildir. Blidyo adasında avtobus və bərə ilə Norrtele və Vaxskolm arasında əlaqə qurulur. Jurnalist Ture Nerman 1919–1969-cu illərdə burada bağ evinə sahib olmuşdur. Yazıçı Tuve Yanson isə uşaqlığını burada nənənın yayında keçirmişdir.
Blizkiy adası
Blizkiy adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizinin qərbində, Uzkiy körfəzinin şərqində, Oktyabr İnqilabı adasında 400 metr aralıda yerləşir. Ətrafında kiçik adalar vardır: Kolosov adaları 8,2 km cənub-qərbdə, Zabor adasından 4,35 km cənub-şərqdə, Pustoy adası 4,5 km şimal-şərqdə yerləşir. == Xüsusiyyətləri == Qərbdən-şərqə 1,75 km uzunluğa, 550 metr enə malikdir. Ən böyük ündülüyü 7 metrdir.
Corc Blanko
Corc Blanko (19 dekabr 1991, Quadalaxara) — Meksikalı aktyor, müğənni və rəqqas. == Həyatı == 2012-ci ildən bəri fəaliyyət göstərən "Violetta" serialında "Martina Stoessel" ilə birlikdə baş rolu paylaşdığı üçün məşhurluq qazandı.
Vitali Kliçko
Vitali Kliçko (19 iyul 1971[…], Belovodsk[d]) — Ağır çəkidə WBC, WB0, WBA versiyaları (nüfuzlu kateqoriya) üzrə üç dəfə dünya çempionu, Ukrayna parlamentinin deputatı. Vitali Kliçko 19 iyul 1971-ci ildə Qırğızıstanın Belovodsk vilayətində anadan olub. Vitali Kliçkonun 1996-cı ildə Pereyaslav-Khmelnitski İnstitutu pedaqoji fakültəsinin məzunu olub. Kiyev Universitetində isə 2000-ci ildə doktorant dərəcəsi alıb. İdmançı karyerasına ilk dəfə 13 yaşında başlayıb. O, idmana ilk addımlarını kikboksinqlə atıb. 6 qat dünya çempionu olan Vitali Kliçko, həmin uğurları iki dəfə həvəskar və 4 dəfə də peşəkar şəkildə təkrarlayıb. Daha sonra özünü boksda sınayan Kliçko çox keçmədən 3 dəfə Ukrayna çempionu olur. Daha sonra ilk dəfə keçirilən "Dünya Ordu Oyunları" turnirində çempion kürsüsünə sahib çıxır. Ardından dünya boks çempionatının gümüş medalı ilə kifayətlənməli oldu.
Bliö
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).
Lizyö (rayon)
Blanko burnu (ABŞ)
Blanko burnu (ing. Cape Blanco) — Sakit okeanın Amerika sahillərində yerləşən burun. İnzibati baxımından Oreqon ştatının Karri dairəsinə daxildir. Alava burnu ilə eyni meridian üzərində yerləşir. Ancaq Alava burnu sahillərinin güclü şəkildə erroziyaya məruz qalmasına görə Blanko burnu ABŞ-nin materik hissəsi ən ucqar qərb nöqrəsi hesab edilir. For-Orford şəhərindən 8 km şimaldadır. Eyni adlı şəhər parkı ərazisinə daxildir. Burunda Blanko mayakı fəaliyyət göstərir. Onun haqqında ilk məlumat 1870-ci ilə aiddir. Burunun adı Jül Vernin «Beş yüz milyon Bequn» romanınsa xatırladılır.
Eduardo Blasko Ferrer
Eduardo Blasko Ferrer (1956 – 12 Yanvar 2017) — İspaniya — İtaliyalı dilçi. Ferrer Sardiniyada yerləşən Kalyari Universitetinin professoru idi. O, daha çox Sardiniya dili haqqında bir neçə tədqiqatların müəllifi kimi tanınır. Blasko Ferrer Barselona anadan olmuş, Bastiya şəhərində vəfat etmişdir. == Kitabları == Grammatica storica del catalano e dei suoi dialetti con speciale riguardo all'algherese. Tübingen: G. Narr, c1984. La lingua sarda contemporanea : grammatica del logudorese e del campidanese : norma e varietà dell'uso : sintesi storica. Cagliari : Della Torre, c1986. Storia linguistica della Sardegna. Tübingen : Niemeyer, 1984.
Manuel Blanko Enkalada
Manuel Blanko Enkalada (isp. Manuel José Blanco y Calvo de Encalada; 21 aprel 1790, Buenos Ayres – 5 sentyabr 1876, Santyaqo) — Çilinin ilk prezidenti.
Visente Blasko İbanyes
Visente Blasko İbanyes — ispan yazıçısı. == Həyatı == Visente Blasko İbanyesin "Apokalipsisin dörd atlısı" (1916), "Bizim dəniz" (1918) romanlarında Birinci dünya müharibəsi təsvir edilir. Bəzi hekayələri ("Qatar tüfeylisi", "Dənizdə" və s.) Azərbaycan dilinə tərcümə olunmuşdur. Valensiya əsərləri arasında "Xutor" və "Kurtizanka Sonnika"dır. "Qan və qum" romanında matadorun həyatı və eşqi təsvir edilir.
Blizkiy adası (Laptevlər dənizi)
Blizkiy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində yerləşir. Neudaç buxtasında yerləşir. Bolşevik adasından kiçik boğazla ayrılır. 4 km şimal-şərqdə Morskoy adası yerləşir. == Təsviri == Ovalvari formaya malikdir. Ovalvarı formanın uzunluğu 2 km-dir. Adanın maksimal hündürlüyü 6 metrdir. Şimal-qərbində elədə böyük olmayan şirinsulu laqun vardır.
Biko Əli Paşa
Biko Əli Paşa — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi və saraya necə girdiyi məlum deyil. Tarixi mənbələrdə adına ilk dəfə Qoca Dərviş Paşanın sədarəti dönəmində rast gəlinir. Belə ki, 1653-cü ilin martında Dərviş Paşanın sədarət naibi olmuşdur. 1655-ci ilin yanvarında baş dəftərdar olsa da, həmin ilinin sonunda vəzifədən ayrıldı. Daha sonra ikinci dəfə bu vəzifəyə gətirilsə də, bu dəfə də çox keçmədən vəzifədən alındı və 1656-cı ildə vəzir rütbəsiylə yenidən sədarət naibi oldu. Bir ay sonra isə sancaqbəyliyinə gətirildi. 1658-ci ilin dekabrında kaptan-ı dərya oldu və 2 il boyunca bu vəzifədə qaldıqdan sonra 1660-cı ilin aprelində Rumeli bəylərbəyliyi ilə vəzifədən alındı. Daha sonra vəfat etdi. Vəfat tarixi isə məlum deyil.