Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jozefina Boqarne
Jozefina Boharne (fr. Joséphine de Beauharnais, Fransızca tələffüz: [ʒo.ze.fin də‿bo.aʁ.nɛ]) və ya Mari Jozef Roz de Taşer de la Pajeri (fr. Marie-Josèphe-Rose de Tascher de La Pagerie; 23 iyun 1763[…] – 29 may 1814[…]) — 1804–1809-cu illərdə Fransa imperatriçası və Napoleon Bonapartın birinci arvadı. == Həyatı == Mari Jozef Roz de Taşer de la Pajeri (Jozefin onu Napoleon Bonapart əzizləmək məqsədilə adlandırmışdır) dənizçi zabit Jozef Qaspard de Taşerin, şəkər qamışı plantasiyasına malik xırda mülkədar ailəsinin qızı olan Roze Kleyr des Ver(j/c)er de Sanno ilə nikahından Martinik adasında ikinci qızı olaraq dünyaya gəlmişdir. Uşaqlığını Martinikdə keçirən Mari Jozef Roz de Taşer de la Pajeri 1773 cü ildən Fort de Fransda qızlar pansionatına gedir və 13 dekabr 1779 cu ildə fransız ordusunun zabiti Vikomt de Boharne ilə evlənir. Bu nikahdan iki övladı: Yevgeni (Ejen) de Boharne və Hortenziya de Boharne dünyaya gəlir. 1794 cü ildə əri terrorun qurbanı olur. Tək qalan Mari Jozef Roz de Taşer de la Pajeri uşaqları ilə Martenikə dönməyə məcbur olur. Lakin siyasi mühitin yumşalmasından sonra təzədən Fransaya dönməyə qərar verir. 9 Trimador çevrilişindən sonra yaxın dostu Barras Polun köməyi və dəstəyi ilə o zamanlar az tanınan general Bonapartla tanış olur və 9 mart 1796 cı ildə onunla nikaha girir.
Rodriqo Boqarin
Rodriqo Manuel Boqarin Ximenes (isp. Rodrigo Manuel Bogarín Giménez; 24 may 1997, Asunsyon, Paraqvay) — Paraqvay təmsilçilərindən olan Quarani klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Paraqvay futbolçusudur. == Klub karyerası == Boqarin peşəkar karyerasına Quarani klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 6 dekabr 2014-cü ildə Paraqvay Premyer Liqasında 3 fevral klubuna qarşı oyunda etmişdir. Boqarin ilk qolunu 21 fevral 2015-ci ildə Quarani klubu ilə Sportivo San-Lorenso klubuna qarşı oyunda vurmuşdur. 2016-cı ildə Boqarin klubu ilə Paraqvay çempionu olmuşdur. == Milli karyerası == 2017-ci ildə Boqarin Paraqvayın gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Boqarin Kolumbiya, Çili, Braziliya və Ekvador milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Jozefina de Boqarne