Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bokmol
Norveç dili (norv. norsk) — Əsasən Norveçdə danışılan, Skandinav dillərindən biri. == Tarixi == Norveç dilinin və eləcə də İsveç dili və Dan dilinin ən qədim variantı Qədim skandinav dili hesab olunur. Bu dönəmdə runik əlifba ilə yazılan dil, 1030-cu ildə xristianlığın yayılması ilə birlikdə Latın əlifbası ilə əvəz olunmuşdur. Norveç dili ətraf dillərdən bu dönəmdə ayrılmağa başlamışdır. Zamanla Skandinav dili Şərq Skandinav dilinə və Qərb Skandinav dilinə ayrılmağa başlamışdır. Norveçdə, İslandiyada, Farer adalarında, Qrenlandiyada Qərb Skandinavcası istifadə olunurdu. Bu dil özlüyündə də XIV əsrdə ayrılmağa başlamış və bu ayrımın nəticəsində müasir İsland dili və Farer dili yaranmışdır. 1350-1525-ci illər arası istifadə olunan dil Orta Norveç dili olaraq bilinir. === Dan dilinin təsiri === 1397-ci ildən Kalmar Birliyinə tabe olan Norveçdə Dan dilinin təsiri artmağa başlayır və idarəetmə dili olur.
Soqomon Teyliryan
Soqomon Teyliryan (erm. Սողոմոն Թեհլերյան; 2 aprel 1896 – 23 may 1960, San-Fransisko, Kaliforniya) — Tələt Paşanı qətlə yetirmiş erməni terrorçusu. == Həyatı == Soqomon Teyliryan 2 aprel 1897-ci ildə Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olub. Birinci dünya müharibəsi başlayanda, türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib. Müharibədən sonra Daşnaksütyunun göstərişi ilə (Nemezis əməliyyatı çərçivəsində) o, 1920-ci ildə İstanbulda guya "türk gizli polisinin siyasi şöbəsi" ilə əməkdaşlıq etdiyinə görə Mkrtıç Arutunyanı qətlə yetirib, sonra Berlinə yollanıb və 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında keçmiş sədrəzəm Tələt Paşanı öldürüb. Alman polisi Teyliryanı həbs edib, qısa sürən məhkəmə prosesi erməni millətçilərinin tamaşasına çevrilib, onlar bu prosesdən erməni soyqırımının reklamı üçün istifadə ediblər. Dərhal Soqomon Teyliryan adına fond yaradılıb, dünyanın hər yerindən, varlı ermənlər bu fonda vəsait köçürüblər. Teyliryan üçün Almaniyanın üç ən bahalı və məşhur vəkili tutulub, bunların arasında tanınmış hüquqşunas, Köln universitetinin huquq professoru doktor Kurt Nimayer da olub. Məhkəmənin Teyliryanın affekt vəziyyətində olarkən bu cinayəti törətdiyi və törətdiyi qətl üçün məsuliyyət daşımadığı ilə bağlı hökm çıxarıb və onu faktiki günahsız elan edərək azadlığa buraxıb.
Boqumil Şveliya
Boqumil Şveliya (a.sorb Krystijan Bogumił Šwjela, alm. Christian Gotthold Schwela‎; 5 sentyabr 1873 – 20 may 1948) — Sorb yevangelist keşişi, leksikoqraf, dilçi, publisist, uzun müddət Macierz Luzickanın sədri və Domovinanın həmtəsisçisi. == Bioqrafiya == Boqumil Şveliya 5 sentyabr 1873-cü ildə Drebkau şəhəri yaxınlığındakı Şorbus kəndində sorb ictimai xadimi Kito Şvelinin ailəsində anadan olmuşdur. 1896-cı ildə sorb gimnaziyasının şagirdləri üçün "Skhadzovanka" adlı XXII gənclərin yay düşərgəsi-festivalını təşkil etmişdi. 1898-ci ildə Lüteran seminariyasında teoloji təhsilini tamamladı. 1904-cü ildən o, Kottbusdakı vend kilsəsində kurat kimi çalışdı və burada müntəzəm olaraq Aşağı Sorb dilini təbliğ etdi. Onun təyin edilməsi Prussiya hakimiyyəti tərəfindən sorb dili və mədəniyyətinin sıxışdırılmasının ən yüksək həddə çatdığı bir vaxta təsadüf edirdi. 1891-ci ildən yaranmış milli şüurlu Gənc Sorb hərəkatının bir hissəsi kimi hiss edən Şveliya bu əlverişsiz şəraitdə sorbların mədəni maraqları ilə intensiv şəkildə məşğul olurdu. Şveliya 1908-ci ildə şəhəri tərk etməli oldu, çünki o, yalnız alman dilində dualar oxumaqdan imtina etdi. Daha sonra 1913-cü ildə Dissendə pastorluğu qəbul etməzdən əvvəl bir neçə il Nochtendə vikar kimi çalışdı.
Can Bonomo
Can Bonomo (16 may 1987; İzmir, Türkiyə) — yəhudi əsilli türk müğənni. Musiqi həyatına, səkkiz yaşında, gitara çalmaqla başladı. Orta məktəb illəri boyunca və daha sonra getdiyi İstanbulda bunu davam etdirdi. Bilgi Universitetində kino-televiziya bölümündə oxudu. Səs istehsalı stajı üçün getdiyi Radio Klas və Number 1 FM-ə sonra radio aparıcılığı üçün müraciət etdi və qəbul edildi. Bundan sonra "Can Bonomo Show" adlı proqramını təqdim etməyə başladı. Bir müddət sonra Radio N101-ə keçərək proqramına burada davam etdi. MTV Türkiyədən gələn təklifi qəbul edərək "Rock'n Dark Express" adlı televiziya proqramını təqdim etməyə başladı. Universitet tapşırığı üçün hazırladığı "Hoppala" adlı qısa filmi daha sonra Facebook-a yüklədi və film internetdə paylaşılaraq xeyli maraq yaratdı. Serial layihəsi üzərində işləyən Səray Sevər, filmi izlədikdən sonra Can Bonomonu tapıb görüşməyə dəvət etdi.