Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stad Boeva
Stad Boeva — Yeni Kaledoniyanın Boulari Bey adlı körfəzin yaxınlığında yerləşən və futbol üçün istifadə olunan idman stadionudur. Stadion bir sıra yerli klublara və 2011-ci ildə Sakit Okean oyunlarında kişilərdən ibarət futbol turnirinə ev sahibliyi etmişdir. Belə ki, Stad Boeva 2011 Sakit Okean oyunlarında futbol turnirində ən böyük qələbələrdən olan və 3 sentyabr 2011-ci ildə keçirilən Papua-Yeni Qvineyanın Kiribatiyə 17-1 qalib gəlməsinə, 5 sentyabr 2011-ci ildə isə Taitinin Kiribatiyə 17-1 qalib gəlməsinə ev sahibliyi etmişdir.
BosVaş
BosVash (eyni zamanda BosNYVaş, Boşinqton və ya Şimal-şərq meqapolisi) — ABŞ-nin şimal-şərq sahilindəki aqlomerasiya regionunu əhatə edən bir meqapolya. Meqapol, şimal-şərqdə Massaçusets ştatından Bostondan başlayır və cənub-şərqdə Vaşinqton şəhəri və Virciniyaya qədər uzanır. Başda Boston, Nyu-York, Filadelfiya, Baltimor və Vaşinqton olmaqla böyük şəhərləri, aqlomerasiya regionlarını, şəhərətrafı zonalar və daha kiçik şəhər mərkəzlərini özündə birləşdirir. Fransız coğrafiyaşünası Can Qottmann, 1961-ci ildə yazdığı “Megalopolis: ABŞ-nin Urbanizə edilmiş Şimal-şərqi sahilboyu əraziləri” (Megalopolis: The Urbanized Northeastern Seaboard of the United States) əsəri ilə meqapol termini geniş yayılmışdır. BosVaş 2010-cu ildəki siyahıyaalma nəticələrinə görə 52.332,123 əhaliyə sahibdir və bu da ölkə əhalisinin 17% -ni əhatə edir. BosVaşda Ağ ev, ABŞ Konqres Binası, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı, Nyu-York Fond Birjasının, Beynəlxalq Valyuta Fondunun və bir çox iri transmilli şirkətin mənzil qərargahı yerləşir və ABŞ-nin ÜDM-nin 20%-ni təşkil edir.
Anthemis boveana
Anthemis boveana (lat. Anthemis boveana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Sulaj-Bonval
Sulaj-Bonval (fr. və oks. Soulages-Bonneval) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Layol kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12273. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 273 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər arasında (15-64 yaş) 137 nəfər İqtisadi cəhətdən fəal, 37 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 78.7%, 1999-cu ildə 77.9%).
Bekaa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.
Edvard Obeva
Edvard Obeva (d. 15 may 1962) — Uqandalı boksçu. Edvard Obeva Uqandanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edvard Obeva birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Türkiyənin nümayəndəsi Vedat Tutuk ilə üz-üzə gəldi. Həmin görüşdə Edvard Obeva rəqibinə 2:3 hesabı ilə uduzdu.