Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tadeuş Bartosik
Tadeuş Bartosik (15 May 1925 – 16 Aprel 1985) — Polşalı aktyor. O, 1959-cu il ilə 1985-ci il arasında 21-dən çox film və televiziya şousunda rol oynamışdır.
İzidor Borovski
İzidor Borovski və ya İsidor Borovski (fars. ایزیدر بروسکی‎; 1770, Mazovets voyevodluğu – 24 iyun 1838, Herat) — polyak hərbi xadim, Polşa və Cənubi Amerika azadlıq mübarizəsinin iştirakçısı, Simon Bolivarın ən yaxın komandanlarından biri və adyutantı, Qacarların polyak əsilli generalı. O, Kavalalı Mehməd Əli Paşanın xidmətində Misirdə riyaziyyat və ingilis dilini tədris etmiş və buradan Abbas Mirzənin dəvəti ilə Qacar dövlətinə getmiş və Qacar ordusunun modernləşdirilməsində mühüm rol oynamışdır. Borovski Vilnoda (bugünkü Vilnüs, Litva) Rusiya protektoratlığındakı Reç Pospolitada anadan olmuşdur. Yəhudi ensiklopediyasında Borovskinin valideynləri barədə fərqli məlumatlar verilir. Onun şahzadə Radzivill ilə yəhudi qadının nikahdan kənar övladı və ya polyak zadəganla yəhudi qadının övladı olması güman edilir. Ədəbiyyat tarixçisi Leon Borovskinin (1784–1846) onun qardaşı olması ehtimalı vardır. Həyatının erkən dövrünə aid mənbələr ziddiyyətlidir. İranika Ensiklopediyasına görə o, gümanki Polşanın üçüncü bölünməsi zamanı (1795) İngiltərəyə qaçmalı olmuş və ya 1793-cü ildə Polşadan ayrılmışdır. Yagellon Universiteti tərəfindən hazırlanan akademik nəşriyyat olan Alma Mater qeyd edir ki, o, evə geri döndükdən sonra 1794-cü il Kostyuşko üsyanında iştirak etmişdir.