Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Botsvana
Botsvana Respublikası (ing. Republic of Botswana, tsv. Lefatshe la Botswana) — Afrikada dövlət. Ölkə cənub və cənub-şərq hissəsində Cənubi Afrika Respublikası , şimal və qərbində Namibiya, şimal-şərq hissəsində isə Zambiya və Zimbabve ilə sərhəddir. Ölkənin şimal hissəsində, Kasane şəhəri yaxınlığında dünyanın dörd ölkə sərhədinin kəsişdiyi tək nöqtə olaraq qəbul edilən, ancaq Botsvana, Zambiya, Zimbabve və Namibiya ölkələrinin sərhəd müqavilələri ilə sərhədlərinin müəyyənləşdilirmədiyi bir sərhəd nöqtəsi mövcuddur. Bostvana Afrika qitəsində demokratiya sahəsində ən inkişaf etmiş ölkə olaraq qəbul edilir. Coğrafi cəhətdən ölkə ərazisinin 70%-i Kalaxari səhrası ilə əhatə olunub. Ölkənin paytaxtı və ən böyük şəhəri Qaboronedir. Orta ölçülü 2.3 milyon nəfərdən çox əhalisi olan Botsvana, dünyanın ən seyrək məskunlaşılan ölkələrdən biridir. Əhalinin təxminən 10 %-i paytaxtda və ən böyük şəhər Qaboronedə yaşayır.
Bovinae
Öküzlər (lat. Bovinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Bettina Lamprext
Bettina Lamprecht (2 iyun 1977) — alman aktrisa. == Filmoqrafiyası == 1999 Alles Bob! 1999 Tatort 1999–2001 Ritas Welt 2000 Heimliche Küsse – Verliebt in ein Sex-Symbol 2000 Schule 2001 Leo und Claire 2002 Tattoo 2003 Mein erster Freund, Mutter und ich 2004 Endlich Sex!
Bettina Plank
Bettina Plank Avstriya-lı karateçi. == Haqqında == Bettina Plank 24 fevral 1992-ci ildə anadan olmuşdur.2015-ci ildə o, Bakı-da keçirilən 2015-ci il Avropa Oyunları yarışında gümüş medal qazandı. Finalda Türkiyə-li Serap Özçelik-ə məğlub oldu.Elə həmin ildə Türkiyə-nin İstanbul şəhərində təşkil edilən 2015 Avropa Karate Çempionatında qadınlar arasında 50 kq kumite kataqoriyası üzrə qızıl medal qazandı.2017-ci ildə Polşa-nın Wrocław şəhərində təşkil edilən 2017 Dünya Oyunlarında qadınlar arasında kumite 50 kq kataqoriyası üzrə yarışında medal qazanmadan yarışdı. Seçmə mərhələdə bir maçda qələbə qazandı və iki görüşdə məğlub oldu buna görə də yarımfinalda mübarizə apara bilmədi.2019-cu ildə Belarusiya-nın Minsk şəhərində təşkil olunmuş 2019 Avropa Oyunlarında qadınlar arasında kumite 50 kq çəki kataqoriyası üzrə qızıl medal qazandı.
Bettina Vulf
Bettina Vulf — Almaniyanın birinci xanımı. Bettina Vulf 1973-cü ildə anadan olmuşdur. Vulf Almaniya prezidenti Kristian Vulfla 2008-ci ilin martında ailə həyatı qurub. Onların Linus Florian adlı bir oğlu var. Bettina Vulf Almaniya prezidentinin ikinci xanımıdır. Mətbuat onu Almaniyanın Karla Brunisi adlandırır.
Botsvana bayrağı
Botsvana bayrağı — Botsvananın bayrağı 30 sentyabr 1966-cı ildən etibarən rəsmən istifadə olunur. = Haqqında = Açıq mavi fonda formalaşmış bayraqdır.Bayrağın ortasında üfüqi yerləşdirilən ağ incə zolaqla əhatə olunmuş qara qalın zolaq var. Bayrağın açıq mavi rəngini həm səmanı, həm də ölkə üçün böyük əhəmiyyət daşıyan su və yağışı simvollaşdırır.
Botsvana himni
Xoşbəxt ol, gözəl torpaq (tsvan. Fatshe leno la rona) — Botsvana dövlət himni, 1966-cı ildə, azalıq alandan sonra təsdiq olunub. == Tsvana dilində himnin sözləri == Fatshe leno la rona, Ke mpho ya Modimo, Ke boswa jwa borraetsho; A le nne ka kagiso. Xor: Tsogang, tsogang! banna, tsogang! Emang, basadi, emang, tlhagafalang! Re kopaneleng go direla Lefatshe la rona. Ina lentle la tumo La chaba ya Botswana, Ka kutlwano le kagisano, E bopagantswe mmogo.
Botsvana pulası
Botsvana pulası (ISO 4217 : BWP) - Botsvanada istifadə edilən rəsmî pul vahididir. Qeyri-rəsmî olaraq Zimbabvedə də istifadə olunur. Tsvana dilində "pula"nın əsl mənası "yağış"dır. Ölkədə yağış nadir olduğundan pul da dəyərlidir. Botsvana Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Botsvana pulası 100 thebeyə bərabərdir (thebe - qalxan). 6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Botsvana pulası = 0.0922080 ABŞ dolları.
Botsvana şəhərləri
Botsvananın ən böyük yaşayış məntəqələrinin siyahısı. "Veb World Gazeteer" saytının məlumatına görə, Botsvanada 200 şəhərdə 1000-dən çox adam yaşayır == Botsvana şəhərlərinin siyahısı == == İstinadlar == Vikianbarda Botsvana şəhərləri ilə əlaqəli mediafayllar var.
Flora Brovina
Flora Brovina (alb. Flora Brovina; 30 sentyabr 1949) — Kosovo-alban jurnalisti, şair və ictimai xadim. == Bioqrafiyası == 30 sentyabr 1949-cu ildə Kosovoda anadan olmuşdur. Onun ilir Brovin adlı bir qardaşı vardır. Priştinadakı Tibb İnstitutunu bitirdikdən sonra pediatriya ixtisası üzrə Zaqrebdə təhsilini davam etdirir. Kosovaya qayıdan Flora, gündəlik Rilindja qəzetində jurnalist olaraq işə başlayır. Sonra Priştina xəstəxanasında pediatr kimi işə düzəlir. 1990-cı illərdə siyasi vəziyyət kəskinləşəndə Brovina hadisələrə biganə qalmayaraq zorakılıq aktları haqqında məlumat toplamağa başlayır, humanitar fəaliyyətlə məşğul olur və yetimlərin psixoloji reabilitasiya mərkəzinə rəhbərlik edərək uşaqlara yardım təşkil edir. Kosovo müharibəsi əsnasında, 20 aprel 1999-cu ildə Brovina maskalı şəxslər tərəfindən qaçırılaraq naməlum bir yerə aparılır. Beləliklə NATO qüvvələri paytaxt Priştinanı alanda və Serbiya qoşunları ölkədən çıxarkən əsirlikdə olur.
Bettina Luiza Luts
Tina Çou (ing. Tina Chow; 18 aprel 1950, Leykvyu[d], Ohayo – 24 yanvar 1992, Pasifik-Paliseyds[d], Kaliforniya) və ya doğum adı ilə Bettina Luiza Luts (ing. Bettina Louise Lutz) – yaponəsilli ABŞ modeli, restorançısı, zərgərlik dizayneri və heykəltəraşı. == İlk illəri == Tina Çou 1950-ci ildə Ohayo ştatının Leykvyu qəsəbəsində doğulmuşdur. Onun doğum adı Bettina Luiza Lutsdur. Anası Mona Furuki yapon, atası Volter Edmund Luts isə almanəsilli amerikalı olmuşdur. Volter Furuki ilə ABŞ ordusunun tərkibində Yaponiyada hərbi xidmət edərkən tanış olmuşdur. Bettina bir neçə aylıq olanda valideynlərinin sevgisindən bəhs edən "Mən yapon müharibə gəlini idim" filmində rol oynamışdır. Bettina 1966-cı ildə ailəsi ilə birlikdə iş səbəbilə Tokioya köçmüş, daha sonra Tokioda yerləşən Sofiya Universitetinə daxil olmuşdur. == Karyerası == Tina Çou karyerasına 1968-ci ildə Yaponiyanın "Shiseido" kosmetika şirkəti üçün, eləcə də, İssey Miyake üçün modellik etməklə başlamışdır.
Pusa hispida botnica
Baltik dənizi halqaşəkilli suitisi (lat. Pusa hispida botnica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Əsasən Baltik dənizinin buzlu, soyuq sularında yaşayır. Əsasən İsveç, Finlandiya Estoniya və Rusiya dövlətlərinin Baltik dəniz sahilləri boyunca rast gəlinir. Onların sayı 6000–9000 arası qiymətləndirilir. Fin körfəzində isə 200 baş müəyyən edilmişdir. Ən böyük yerləşim yeri Xanqeloda adasıdır. Tükənmə təhlükəsi olan növlər siyahısına daxil edilmişdir. Yetkin fərdin uzunluğu 100–160 sm, çəkisi isə 45–90 kq təşkil edir.
Amblyseius boina
Amblyseius boina (lat. Amblyseius boina) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius boina Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Centaurea ovina
Səpələng güləvər (lat. Centaurea diffusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == Acosta diffusa (Lam.) Soják Acrolophus diffusus (Lam.) Á.Löve & D.Löve Centaurea ammophila Besser ex DC. Centaurea microcalathina A.O.Tarassov Centaurea myriocephala E.D.Clarke Centaurea myriocephala var. myriocephala Centaurea ovina Pall. ex Steud. Centaurea parviflora M.Bieb. [Illegitimate] Centaurea parviflora Sibth. & Sm. non Lam. Centaurea parviflora auct.
Botsvana qadın milli voleybol komandası
Botsvana qadın milli voleybol komandası — Botsvananın ən güclü voleybolçularının toplaşdığı milli yığma. Komanda yalnız Afrika Voleybol Konfederasiyasının turnirlərə, daha dəqiqi Afrika çempionatlarına qatılır. == Tarixi == Botsvana millisi ilk dəfə 1993-cü ildə Afrika çempionatına qatıla bilmişdir. Debüt turnirində onuncu yeri tutan komanda 12 il qitə birinciliyinə qatıla bilməmişdir. Nəhayət, 2005-ci ildə turnirin final mərhələsinə yüksələn botsvanalılar yeddinciliklə kifayətlənmişdilər. 2007 və 2011 Afrika çempionatlarında da eyni nəticəni təkrarlayan komanda 2009-cu ildə isə daha yaxşı oynayaraq ilk beşliyə daxil ola bilmişdir.
Botsvana 2014 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Botsvana - 16-28 avqust tarixləri arasında Çinin Nankin şəhərində keçirilən 2-ci 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarındakı iştirakı.