Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Branobel
"Branobel" və ya tam adı ilə "Nobel qardaşlarının neft istehsalı şirkəti" — Lüdviq Nobelin qardaşı Robert Nobel ilə birlikdə qurduğu şirkət. Onların sifarişi ilə İsveçdə tikilən və Xəzərə gətirilən "Zorastr" gəmisi dünyada ilk neft daşıyan tanker idi. Nobel mükafatının gəlirlərinin əsas mənbəyi "Branobel" şirkəti olub. Şirkət gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə edib. Nobellərin Bakıya gəlməsi XIX əsrin 70-ci illərinin əvvəlinə — iltizam sistemi buxovlarından azad olmuş neft sənayesinin tədricən inkişaf etməkdə olduğu vaxta təsadüf edir. Robert Nobel Lüdviq tüfəng zavodunda qundaq hazırlanmasında adətən istifadə edilən və xaricdən gətirilən qoz ağacını başqası ilə əvəz etmək üçün Azərbaycanın dağlıq rayonlarına yola düşdü. Lakin bu səfər uğursuz oldu, çünki az sonra hökumət bu məqsədlə daha asan başa gələn ağcaqayın ağacından istifadə etməyi qərara almışdı. Robert Nobel Bakıda neft sənayesinin vəziyyəti ilə yaxından tanış olmuş və başa düşmüşdü ki, yaxın gələcəkdə bu sahə yaxşı mənfəət gətirəcəkdir. 1873-cü ildə Peterburq a gələn Robert qardaşı Lüdviq Nobeli Bakı neft sənayesinə sərmayə qoymağa razı salmış və 1875-ci ildə onun razılığı ilə Sabunçu da bir neft sahəsi alaraq orada qazma işinə başlamışdı. Bundan əlavə, Robert Nobel 25 min rubla ağ neft istehsal edən kiçik zavod almış və neft emalçıları sırasına qoşulmuşdu.
Fernan Brodel
Fernan Brodel ( fr. Fernand Braudel ; 24 avqust 1902 — 27 noyabr 1985 ) — fransız tarixçi. O, tarixi prosesin təhlilində iqtisadi və coğrafi amillərin nəzərə alınması təklifi ilə tarix elmində inqilab etmişdir. Sosial elmlərdə tarixi hadisələrin hərtərəfli tədqiqi ilə məşğul olan "Annallar" fransız tarixşünaslıq məktəbinin görkəmli nümayəndəsidir. Kapitalist sisteminin mənşəyini araşdıraraq dünya sistemi nəzəriyyəsinin banilərindən biri olmuşdur. == Həyatı == Lotaringiyada Almaniya sərhədi yaxınlığındakı kiçik Lumevil-an-Ornua kəndində riyaziyyat müəllimi ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşmasında kəndli uşaqlığının rolu olmuşdur . 1909-cu ildə Parisin ətrafındakı Meriel qəsəbəsindəki ibtidai məktəbə daxil oldu, burada gələcək aktyor Jan Qabinlə , sonra Parisdəki Volter Liseyində oxudu. Ali təhsilini Sorbonnanın humanitar elmlər fakültəsində almışdır . “O dövrün bütün solçu tələbələri kimi” , onu da Fransız İnqilabı cəlb etdi və dissertasiyasının mövzusu kimi o, doğma diyarına ən yaxın olan Bar-le-Duc şəhərindəki inqilabi hadisələri seçdi.