Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brandmauer
Brandmauer (alm. Brandmauer‎; Brand – "yanğın", Mauer – "divar") — yanğından mühafizə üçün alovlanmayan materiallardan tikilən pəncərəsiz divar. Yanğının qonşuluqdakı binalara keçməsinə mane olmaq üçün nəzərdə tutulur. Brandmauer termini başqa mənalarda da işlənə bilər: Brandmauer — açıq hava reklamının növü, binanın brandmauer divarını örtən iriformatlı reklam lövhəsi. Digər adları — brandmauer pannosu, divar lövhəsidir. Ərazinin brandmauer tikintisi — qonşu torpaq sahələrindəki tikililərin bir-birinə brandmauer divarı vasitəsilə bitişik tikilməsi. Brandmauer — həmçinin, ingiliscə fayrvol (ing. firewall), "şəbəkələrarası qoruyucu ekran" mənasında işlədilir.