Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Britanya
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Brittney Griner
Brittney Yevette Griner (18 oktyabr 1990, Hyuston)— Qadınlar Milli Basketbol Assosiasiyasının (WNBA) Phoenix Mercury komandasının peşəkar basketbolçudur . O , ABŞ qadın milli basketbol komandası ilə iki dəfə Olimpiya qızıl mükafatı və altı dəfə WNBA All-Star mükafatını qazanıb. == Orta məktəb karyerası == Griner Hyustondakı Nimitz Liseyində oxuyub. Birinci kurs tələbəsi kimi universitet voleybolu oynayırdı. İkinci kursdan başlayaraq, Griner oğlan basketbol komandası ilə məşq etdi və dunk etməyi öyrənmək üçün Nimitz futbol məşqçisi ilə çalışdı. Gənclik mövsümündə onun dunklarını əks etdirən YouTube videosu 6,6 milyondan çox izlənildi və bu hadisə onun Shaquille O'Neal ilə görüşünə səbəb oldu. 11 noyabr 2008-ci ildə Hyuston Alief Hastinqsə qarşı oyunda 25 blok etmişdi, bu, ABŞ-də orta məktəb oyununda ən çox qadın tərəfindən qeydə alınan blok sayı idi 2008–09 mövsümündə o, 318 blok edərək mövsüm rekorduna imza atdı. Griner WBCA All-American seçildi və 2009 WBCA High School All-America Oyununda iştirak edərək 20 xal və 9 ribaund toplayaraq komandaya liderlik etdi. == Kollec karyerası == 2010-cu ilin yanvarında o, qadın kollec basketbol oyunu zamanı dunk edən yeddinci oyunçu oldu və kollec karyerasının ikinci və üçüncü smaçını etdi. Texas Dövlət Universitetinə qarşı 99–18 hesabı ilə qələbə qazandılar.
Britney Spears
Britni Cin Spirs (ing. Britney Jean Spears; 2 dekabr 1981[…]) — ABŞ müğənni və ifaçısı (pop və müasir R&B janrlarında). 2005-ci ildə Qremmi mükafatı laureatı olmuşdur ("Toxic" mahnısına görə). Amerika musiqi tarixində albomları ən yaxşı satılan səkkizinci qadın müğənnidir. Onun "…Baby one more time" adlı ilk albomu onu dünyaca məşhur eləmiş və albomun eyniadlı sinqlı Billboard Hot 100 çartında birinci yerə yüksəlmişdir. Spirsin ikinci "Oops!…I Did It Again" adlı albomu 2000-ci ilin yazında çıxmış və onun pop-ulduz statusunu daha da möhkəmləndirmişdir. Onun üçüncü albomu "Britney" 2001-ci ilin payızında buraxılmışdır və növbəti albomu- "In The Zone" 2003-cü ilin payızında işıq üzü görmüşdür. Karyerasındakı fasilədən sonra 2007-ci ilin oktyabrında "Blackout" albomu çıxmışdır. Albomun ilk sinqlı olan "Gimme More" dünyaca məşhur mahnı olmuşdur. "Piece of me" mahnısına gorə o üç mükafat qazanıb — "ən yaxşı pop-mahnı", "ən yaxşı qadın videosu"na və "2007-ci ilin ən yaxşı videosu"na görə.