Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Erin Brokoviç
Erin Brokoviç (ilk adı Patti; 22 iyun 1960, Lourens[d], Kanzas) — Amerikalı paraleqal, istehlakçı və ətraf mühit müdafiəçisi, qanunda rəsmi təhsil almamasına baxmayaraq, 1993-cü ildə Kaliforniyada Pacific Gas and Electric Company (PG&E) şirkətin yeraltı sulara zəhərli maddələr buraxması ilə bağlı qarşı məhkəmə prosesinin aparılmasında köməkçi, vasitəçi. Onun apardığı uğurlu məhkəmə prosesi Culiya Robertsin rol aldığı 2000-ci il istehsalı Erin Brokoviç filminin mövzusu idi. O vaxtdan bəri, Brokoviç həm də media şəxsiyyətinə çevrildi, American Broadcasting Company və CBS Reality telekanallarındakı Challenge America with Erin Brockovich və Final Justice seriallarında baş qəhrəman olmuşdur. O, Brockovich Research & Consulting şirkətinin prezidentidir. O,həmçinin Nyu Yorkda Weitz & Luxenberg , Girardi & Keese hüquq firmasının məsləhətçisi olaraq da çalışır,nadir olan asbestlərə və ya dağ kətanlarına insanların vurduqları zədələrin ifşası üçün calışan Avstraliyadakı Shine Lawyers da hüquq məsləhətçisi olaraq çalışır. Brokoviç Erin Patti, Kanzasın Lourns şəhərində, jurnalist Betti Conun (Onealda anadan olub; 1923–2008),sənaye mühəndis və futbolçu Frank Pattinin (1924–2011) ailəsində anadan olub. Onun, Frank Jr. və Tomas (1954-1992)adlı iki qardaşı və Cudi adlı bir bacısı var. Laurns Liseyini bitirib, sonra Kanzas Dövlət Universitetində, Manhetten, Kanzas, və Texasın Dallas şəhərindəki Veyd kollecinin Tətbiqi Sənətlər Dərnəyini bitirmişdi. 1981-ci ildə Kmart Corporation da rəhbər kursantı olaraq çalışdı, lakin bir neçə ay sonra işdən çıxdı və bir gözəllik dərgisindəki yarışmaya daxil oldu.
Marselo Brozoviç
Marselo Brozoviç (16 noyabr 1992, Zaqreb) — İtaliya A Seriyasında çıxış edən İnterin xorvatiyalı futbolçusu.
Nina Po Brozoviç
Nina Po Brozoviç — Boliviyalı iqlim fəalı. Boliviyada "Gələcək üçün cümə günləri" təşkilatını qurur. O, Birləşmiş Millətlər Təşkilatının Gənclər İqlim Sammitinin iştirakçısı olur. Onun işi Bolivian Express, Pagina Siete və "Gələcək üçün cümə günləri" həftəliyində dərc olunub. O, UNICEF-in Bir Nəsil Kampaniyasında iştirak etmişdir. O, La Senda Verde-də könüllüdür.