Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bomarea
Bomarea (lat. Bomarea) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki cinsi əsasən And dağları üçün səciyyəvi olsa da, bəzən Mərkəzi Amerika, Meksika və Qərbi Hindistanda da rast gəlinə bilər. Bomarea cinsinə aid bəzi növlər dekorativ bitki kimi yetişdirilir. Bu cinsin nümayəndələri eyni fəsiləyə aid Alstroemeria cinsinə bənzəyir. Bomarea cinsi dörd yarımcinsə bölünür: Baccata, Bomarea, Sphaerine və Wichuraea. Bunlardan ən böyüyü təxminən 70 növü olan Bomarea-dır. Cinsə təxminən 110-122 arası növ daxildir.
Cumacea
Cumacea (lat. Cumacea) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinə aid heyvan dəstəsi. Hazırda 1600 növü var, onlardan Xəzər dənizində 18 növü qeyd edilmişdir. Xəzərdə yaşayan kumların evriqalin (Pseudocuma cercaroides, Stenocuma graciloides, Pterocuma pectinata) və stenoqalin (Pterocuma qrandis, Stenocuma diastyloides) növlər təşkil edir. Kumlar çapaq, külmə və s. balıqların qidasında mühüm rol oynayırlar.