Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bundesvehr
Almaniya Silahlı Qüvvələri (alm. Bundeswehr‎) — Almaniyanı qorumaq məsuliyyəti daşıyan ordu. == Tarixi == Almaniya Silahlı Qüvvələri Bundesvehr İkinci dünya müharibəsinin bitməsindən 10 il sonra, 7 iyun 1955-ci ildə təşkil olunub. Həmin gün Almaniya Müdafiə Nazirliyi fəaliyyətə başlayıb. Yeni alman ordusunun ilk 100 çağırışçısı Bonn şəhərində and içərək xidmətə başlayıblar. Tezliklə Almaniya Federativ Respublikası NATOnun üzvü oldu. Soyuq müharibə dövründə Almaniya Kapitalist ölkələrlə Kommunist ölkələrin kəsişdiyi ərazidə yerləşməsinə görə hərbiləşdirilmiş dövlətə çevrilmişdi. Həmin illərdə Almaniyada yarım milyon nəfər hərbçi xidmət keçirdi. Almaniyada 1957-ci ildə qüvvəyə minən məcburi hərbi xidmət qanunu 2011-ci il iyulun 1-dən etibarən ləğv edilib. O zaman Almaniya ordusundakı toplam personal sayının 250 mindən 185 minə endirilməsi hədəflənmişdi.
Bindeşvar Pathak
Bindeşvar Pathak (hind. बिंदेश्वर पाठक; 2 aprel 1943, Bihar, Britaniya Hindistanı – 15 avqust 2023, Yeni Dehli) — hind sosioloqu. 1970-ci ildə onun təşəbbüsü ilə Sulab Beynəlxalq Tualet Muzeyinin təməli qoyulmuşdur.