Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaponçik
Vyaçeslav İvankov — Yaponçik ləqəbi ilə tanınan Rusiyalı kriminal avtoritet == Həyatı == Federal Təhqiqat Bürosunun versiyasına görə, "Yaponçik" 90-cı illərin əvvəllərində Amerikada rus mafiyasının lideri olub. O, ABŞ-də "Çara" bankının rəhbərliyindən haqq aldığına görə həbs edilib və 9 il Amerikanın "Allenvud" həbsxanasında yatıb. 2004-cü ilin yayında Rusiyaya deportasiya olunan Vyaçeslav İvankov tezliklə burada həbs olunur. Ona qarşı iki türk iş adamını qətlə yetirmək maddəsi ilə ittiham irəli sürülür. Lakin məhkəmə "Yaponçik"ə bəraət verir. Vyaçeslav İvankovun Tariyel Oniani və Aslan Usoyanın "qanuni oğru" klanları arasında münaqişənin həllində iştirakı barədə məlumatlar səslənirdi. Bundan başqa "Yaponçik" 2008-ci ilin payızında Moskva restoranlarından birində 12 avtoritetə "qanuni oğru" adı verilməsi mərasimində iştirak edib. Əfsanəvi kriminal avtoritet Vyaçeslav Kirilloviç İvankov 1940-cı ildə anadan olub və kriminal karyerasına 1960-cı illərin sonu – 70-ci illərin əvvəllərində məşhur avtoritet Monqolun bandasında başlayıb. 14 yaşından oğurluğa başlayan Yaponçik ilk dəfə həbsə 26 yaşında düşüb. 1981-ci ildə növbəti dəfə tutulan İvankov 10 il sonra azadlığa çıxıb.