Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikayıl Varşavski
Mikayıl Varşavski (daha çox Həkim Mayk kimi tanınır; 12 noyabr 1989, Saransk, RSFSR, SSRİ) — Amerikalı osteopatik həkim, tanınmış şəxs və xeyriyyəçidir. Həkim Mayk hazırda sosial mediada 3.8 milyondan çox izləyicisi olan həkimdir. O Overlook Tibb Mərkəzində profilaktik və osteopatik tibb sahəsində fəaliyyət göstərən ailə həkimidir. Varşavski mediada diqqət mərkəzinə 2015-ci ilin ortalarında BuzzFeed-də dərc olunan onun yaraşıqlı görünüşü haqqındakı məqaləsindən sonra gəldi. Bundan sonra o, "İnstaqramda ən seksual həkim"-ə çevrildi və Cosmopolitan, DailyMail, New York Magazine və Time kimi bir çox jurnallarda göründü. 2015-ci ilin oktyabr ayında onun İnstaqram hesabında bir milyondan çox izləyicisi var idi. Bu rəqəm noyabrda People jurnalının onu Ən seksual kişilər kateqoriyasında "Ən seksual həkim" seçməsindən sonra daha da artdı. 2017-ci ilin fevral ayında İnstaqramda onun 2.6 milyon izləyicisi var. Varşavski Good Morning America, Today Show, The Doctors, Rachel Ray Show, Mornings with Maria, Inside Edition, və Good Day kimi proqramların tibb sahəsi üzrə verlişllərinə qatılmaqla populyarlığını davam etdirdi. O bir çox müxtəlif və qarışıq mövzularda danışır və bəzən mübahisəli tibb mövzularına da toxunaraq və onları diqqət mərkəzinə çəkərək asan, əyləncəli və aydın dildə onları başa salır.
Maqsud Əlixanov Avarski
Maqsud Əlixanov Avarski (23 noyabr 1846, Xunzax, Dağıstan MSSR – 3 iyul 1907, Gümrü) — Rusiya İmperator Ordusunun general-leytenantı (22 aprel 1907), Marı qəzasının rəisi və Tiflis quberniyasının qubernatoru. II Qafqaz kazak diviziyasının komandanı. Kaytmaz Əlixanovun böyük qardaşı. Maqsud Əlixanov Rusiya İmperator Ordusunda 44 il 11 ay xidmət etmişdir. Əsgərdən generala qədər karyera yüksəlişi etmişdir. Əlixanov Rusiya imperiyasının 30 ali mükafatına layiq qörülüb. O, polkovnik rütbəsində olanda 4-cü dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülüb. Adı Kremlin Georgi salonunda qızıl hərflərlə mərmər lövhəyə yazılıb. 1883–1885-ci illərdə o, bu mükafata layiq görülən yeganə qafqazlıdır. Ondan sonra daha heç kəs bu mükafata layiq görülməyib.