Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vuhan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir. Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. == Etimologiyası == "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən.
Bulat (Əbyəlil)
Bulat (başq. Булат) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bulat kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 40 km., kənd sovetliyindən (Selin): 5 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 8 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Bulat Utemuratov
Bulat Utemuratov (qaz. Болат Жамитұлы Өтемұратов; 13 noyabr 1957, Atırau) — Qazaxıstan milyonçusu, dünyanın ən zəngin adamlarından biri. Qazaxıstan Tennis Federasiyasının prezidenti. Onu "Qazaxıstanın boz kardinalı" adlandırırlar. == Həyatı == Bulat Utemuratov 13 noyabr 1957-ci ildə Qazaxıstan SSR-in Quryev şəhərində anadan olmuşdur. 1981-ci ildə Xalq Təsərrüfatı Universitetini iqtisadçı ixtisası üzrə bitirmişdir. Təhsilini başa vurduqdan sonra institutda qalıb müəllim kimi işləmişdir. 1986-cı ildə ticarətə və ardınca da birdən-birə yüksəlməyə başlayır. Qazaxıstan SSR Ticarət İcraiyyə Komitəsində baş inspektor vəzifəsinə təyin edilib. Bir ildən sonra artıq "Yubiley" qastronomunun baş direktoru olur.
Bulat Xayernasov
Bulat Xayernasov (d. 30 sentyabr 1994-ci il, Ufa, Başqırdıstan Respublikası, Rusiya Federasiyası) — Başqırd əsilli Rusiya futbolçusu, "Vityaz Podolsk" futbol klubunun oyunçusu. Hücumçu mövqeyində oynayır. Xayernasov, 21 iyul 2012 tarixində Rusiyanın PFL ikinci divizionunda "Qorniyak Uçalı" üçün olan oyunda, "Sızran-2003 Sızran" FK ilə qarşılaşmada debüt etmişdir.
Busat Qurbanov
Busat Əfsər oğlu Qurbanov (10 sentyabr 2000, Aşağı Kürdmahmudlu, Füzuli rayonu – 10 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Busat Qurbanov 10 sentyabr 2000-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Busat hərbi xidmət müddətini bitirdikdən sonra yenidən orduda qalmış, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Busat Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tuşlayıcı olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş, postların yarılmasında iştirak etmişdir. O, 10 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsində döyüş tapşırığını yerinə yetirəkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Bühal (Əhər)
Bühal (fars. بهل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 849 nəfər yaşayır (158 ailə).
Tavo Burat
Tavo Burat (Gustavo Buratti Zanchi, 22 may 1932, Stezzano — 8 dekabr 2009, Biella) — İtalyan yazıçı və jurnalist. Burat həyatının çox hissəsini Pyemont dil adasını qoruyaraq keçirdi. 1964-ci ildən başlayaraq, Burat yox olma təhlükəsi ilə üzləşmiş dilləri və mədəniyyətləri qoruyan beynəlxalq assosiasiyasının katibi olmuşdur. O, xüsusilə Pyemont və Franco-Provençalca dillərini qorumağa diqqətini yönəltmişdir. O, həmçinin İtaliya Sosialist Partiyası və Yaşıllar Partiyasının regional nümayəndəsi idi. == Tərcümeyi-hal == O, 1938-ci ildə Stezzano anadan olmuşdur və Graubündendə Hüquq adlı dissertasiya ilə hüquq fakultəsini bitirmişdir. O, 1968-ci ildən 1994-ci ilə qədər orta məktəbdə Fransız dili tədris edib. O, Sloria regional baxışın birinci redaktoru və təsisçisi və həmçinin də 1974-cü ildən 2009-cu ilə qədər ALP alpinizminin redaktoru olub. O, 1974-cü ildən-2009-cu ilə qədər Centro Studi dolcinianinin koordinasiyaçısı olub və Consiglio federativo della Resistenza di Biellanin banisidir == İşləri == === İtalyan dili === 1957: Diritto pubblico nel Cantone dei Grigioni 1974: La situazione giuridica delle minoranze linguistiche in Italia, dins I diritti delle minoranze etnico-linguistiche 1976: In difesa degli altri, dins U. Bernardi, Le mille culture, Comunità locali e partecipazione politica 1981: Decolonizzare le Alpi, dins Prospettive dell'arco alpino 1989: Carlo Antonio Gastaldi. Un operaio biellese brigante dei Borboni 1997: Federalismo e autonomie.
İurie Bulat
Knyaz Dəmir Bulat
Knyaz Dəmir Bulat — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. == Məzmun == Film mürəkkəb insani münasibətlər, məişət şərtilikləri, onun mövcud olan və illərdən bəri müqəddəs sayılan adi qaydaları haqqındadır. Bu qaydaların pozulması faciəli nəticələrə gətirib çıxarır. Kinoroman Xəzər dənizçilərinin həyatından bəhs edir. == Film haqqında == Film Abbas Mirzə Şərifzadənin kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Yevgeni Muromski Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq === Rollarda === Abbas Mirzə Şərifzadə Regina Lazareva V. Lenin A. Polonski Yevgeni Muromski A. Morozovski L. Zakom == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Knyaz Dəmir Bulat (1916)
Knyaz Dəmir Bulat (film, 1916)
Knyaz Dəmir Bulat — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. == Məzmun == Film mürəkkəb insani münasibətlər, məişət şərtilikləri, onun mövcud olan və illərdən bəri müqəddəs sayılan adi qaydaları haqqındadır. Bu qaydaların pozulması faciəli nəticələrə gətirib çıxarır. Kinoroman Xəzər dənizçilərinin həyatından bəhs edir. == Film haqqında == Film Abbas Mirzə Şərifzadənin kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Yevgeni Muromski Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq === Rollarda === Abbas Mirzə Şərifzadə Regina Lazareva V. Lenin A. Polonski Yevgeni Muromski A. Morozovski L. Zakom == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.