Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Doles yarımadası
Doles (latış. Doles sala‎) — Qərbi Dvinanın yatağı ilə əhatələnmiş yarımada. Yarımadada üç yaşayış məntəqəsi vardır: Annuşka, Rumbenieşi və Lebenieşi == Coğrafiyası == Sahəsi 20,2 km² təşkil edir. Üzəri meşə ilə əhatələnmişdir. Yarımada ərazisindən Lebava çayı axır. Riqi çayının cənubunda yerləşir. Riqa SES tikintisinə qədər Doles ada idi. == Tarixi == Doles adasının ilk dəfə 1226-cı ildə adı çəkilir. Bu zaman adaда İohann fon Dolenə vassal olaraq verilir. O, adada "Vesdole qalasını" inşa etdirir.
Eucalyptus dives
Eucalyptus dives (lat. Eucalyptus dives) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Myortvı Dones
Myortvı Dones — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don deltasının ən böyük axarıdır. Don çayını Taqanroq körfəzi ilə birləşdirir. Onun başlandığı ərazidən Don deltası başlayır. Deltanın şimal sərhəddini təşkil edir. Uzunluğu 36 km təşkil edir. Eni 50–200 metr arasında dəyişir, dərinliyi 4 metrdir. == Axınını == Myortvı Dones çayı Dones çayından Rostov-na-Donu şəhərinin ərazisində ayrılır. Mənbəyi Qərb körpüsünə yaxınlıqdan başlayır. Çay Snyavskoe kəndi yaxınlığında sonuncu qolu olan Donski Çulek axarını qəbul edir.
Sky Living Loves
«Sky Living Loves» — «British Sky Broadcasting» şirkətinin sahibləndiyi Böyük Britaniya telekanalı. Telekanal yayımına 5 iyul 2010-cu ildə başlamış, 21 fevral 2012-ci ildə isə yayımını dayandırmışdır. Telekanal «Sky Living» və «Sky Livingit» telekanalları ilə əməkdaşlıq etmişdir. == Tarixi == 1 iyul 2010-cu ildə «Living +2» kanalının əvəzinə «Sky Living Loves» kanalının yaradılması barədə «Sky» və «Virgin Media» arasında razılıq əldə olunmuşdur. 5 iyul 2010-cu ildə saat 15:00-da telekanal yayımına start vermişdir. Telekanal «Sky Living»-də yaxın zamanlarda yayımlanan komediya və dram verilişlərini yenidən nümayiş etdirirdi. Tamaşaçılar yenidən seriallara baxmaq imkanını əldə edirdilər. 25 oktyabr 2010-cu ildə telekanal 2011-ci ilin əvvəlinə kimi «Sky Living» telekanalı ilə rebrendinq edəcəyini açıqlamışdır. Telekanal Sky-da EPG mövqeyini «Sky1»-dən sonra və «Sky Atlantic»-dən əvvəl olmaqla, 112-dən 107-ə kimi dəyişməyi bacarmışdır. Bunun nəticəsi kimi «Living Loves» adını «Sky Living Loves» olaraq rebrendinq etmişdir.
Joan Enrik Vives Siciliya
Joan Enrik Vives-i-Siciliya (kat. Joan-Enric Vives i Sicília; 24 iyul 1949, Barselona, İspaniya) — Urgel Katolik Yeparxiyasının hazırkı Yepiskopu və Andorra şahzadəsi. == Həyatı == Vives-i-Siciliya 1949-cu ildə Barselonada anadan olub və xırda sahibkar Françeska Vives Pons və Korneliya Siciliya İbanezin üçüncü oğludur. 1965-ci ildə seminariyaya daxil olmuş və Humanitar, Fəlsəfə və İlahiyyatı fakültəsini bitirmişdir. 1974-cü ildə Vives evindəki Santa Mariya del Taulat de Barselona kilsəsində keşiş təyin edildi. Ata Vives-i-Siciliya daha sonra 1993-cü ildə Barselona Yepiskopunun köməkçisi təyin edildi və avtomatik olaraq İspaniya Yepiskopal Konfransının üzvü oldu. Papa İohann Pavel onu 2001-ci ildə Urgeldə yepiskop köməkçisi təyin etdi. 2003-cü ildə sələfi Juan Marti Alanisin təqaüdə çıxmasının taman olmasından iki il sonra onu 12 may 2003-cü ildə Urgel Yepiskopu olaraq təyin etdi və bu səbəbdən Pireney yüksəkliklərində yerləşən Andorra Knyazlığında Andorranın şahzadəsi oldu. 10 iyul 2003-cü ildə Andorranın Kaza de la Val səmtində, Andorra la Vellada yeni şahzadə olaraq konstitusiya andı içdi. Vives-i-Siciliya daha sonra 2010-cu ilin mart ayında Papa XVI Benedikt tərəfindən Baş yepiskop rütbəsinə qaldırıldı.
Qlubokaya çayı (Şimali Dones)
Qlubokaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Qlubokaya çayı Şimali Dones çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Qlubokaya çayının uzunluğu 123 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 1400 km²-dir. Çir çayının mənsəbinə 197 km qalmış ona tökülür. Kamensk-Şaxtinskinin əks tərəfindın Şimali Dones çayına tökülür. Burada nərəkimilər, karp, som və digər balıqlara rast gəlmık mümkündür. Burada həvəskar balıqçılıq inkişaf etmişdir. Çay əsasən yağış, qar və yer altı sularla qidalanır.
Dendrobium parishii var. dives
Pariş dendrobiumu (lat. Dendrobium parishii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista parishii (H.Low) Kuntze === Heterotipik sinonimləri === Callista rhodopterygia (Rchb.f.) Kuntze Dendrobium parishii var. dives Rchb.f. Dendrobium polyphlebium Rchb.f. Dendrobium polyphlebium var. emericii Rchb.f. Dendrobium rhodopterygium Rchb.f.
Maschio Dove Sei
Maschio Dove Sei – Sabrina Salernonun ilk italyan dilində hazırladığı albomudur.
Joan Enrik Vives-i-Siciliya
Joan Enrik Vives-i-Siciliya (kat. Joan-Enric Vives i Sicília; 24 iyul 1949, Barselona, İspaniya) — Urgel Katolik Yeparxiyasının hazırkı Yepiskopu və Andorra şahzadəsi. == Həyatı == Vives-i-Siciliya 1949-cu ildə Barselonada anadan olub və xırda sahibkar Françeska Vives Pons və Korneliya Siciliya İbanezin üçüncü oğludur. 1965-ci ildə seminariyaya daxil olmuş və Humanitar, Fəlsəfə və İlahiyyatı fakültəsini bitirmişdir. 1974-cü ildə Vives evindəki Santa Mariya del Taulat de Barselona kilsəsində keşiş təyin edildi. Ata Vives-i-Siciliya daha sonra 1993-cü ildə Barselona Yepiskopunun köməkçisi təyin edildi və avtomatik olaraq İspaniya Yepiskopal Konfransının üzvü oldu. Papa İohann Pavel onu 2001-ci ildə Urgeldə yepiskop köməkçisi təyin etdi. 2003-cü ildə sələfi Juan Marti Alanisin təqaüdə çıxmasının taman olmasından iki il sonra onu 12 may 2003-cü ildə Urgel Yepiskopu olaraq təyin etdi və bu səbəbdən Pireney yüksəkliklərində yerləşən Andorra Knyazlığında Andorranın şahzadəsi oldu. 10 iyul 2003-cü ildə Andorranın Kaza de la Val səmtində, Andorra la Vellada yeni şahzadə olaraq konstitusiya andı içdi. Vives-i-Siciliya daha sonra 2010-cu ilin mart ayında Papa XVI Benedikt tərəfindən Baş yepiskop rütbəsinə qaldırıldı.
Maschio Dove Sei (albom)
Maschio Dove Sei – Sabrina Salernonun ilk italyan dilində hazırladığı albomudur.
When a Man Loves a Woman
"When a Man Loves a Woman" (azərb. Kişi qadını sevəndə‎) — Persi Slecin mahnısı. Mahnı Kelvin Lüis və Endrü Rayt tərəfindən yazılıb. Slec sinqlı 17 fevral 1966-cı ildə Alabama ştatının Şeffild şəhərində yerləşən Norala Sound Studio səsyazma studiyasında yazdırıb. Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub. 2004-cü ildə Rolling Stone jurnalı "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 54-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 53-cü yerdə qərarlaşıb. "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyası eyni zamanda "Rok-n-Roll Şöhrət Zalı" tərəfindən tərtib edilən — 500 Songs That Shaped Rock and Roll siyahısına daxildir.