Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Devol müqaviləsi
Devol müqaviləsi — Birinci səlib yürüşündən sonra Antioxiya knyazı I Boemund ilə Bizans imperatoru I Alexios arasında 1108-ci ildə imzalanan müqavilədir. Müqavilə günümüzdə "Devol" olaraq bilinən Bizans qalası olan Diabolisdə imzalandığından bu adla tanınır və Antioxiya knyazlığını Bizans İmperiyasının vassal dövlətinə çevirmək məqsədi daşıyırdı. Birinci səlib yürüşünə çıxan Xaçlı ordusu, müsəlman dövlətlərinin üstünə yerimədən əvvəl Konstantinopola toplaşaraq fəth edəcəkləri hər ərazini Bizans İmperiyasına verməyə söz verdilər. Ancaq I Alexiosun keçmiş düşməni Robert Qviskarın oğlu Boemund, Antioxiya knyazlığının özünün olduğunu bildirdi. Alexios Antioxiya knyazlığını tanımadığı üçün Boemund dəstək almaq üçün Avropaya getdi. Alexiosa qarşı müharibə elan etsə də, çox keçmədən təslim olmalı və müqavilə imzalamalı oldu. Boemund, müqavilənin şərtlərinə əsasən imperatora bağlı olmağı, lazım olduqda ordularını Bizans İmperiyasının xidmətinə təqdim etməyi və həmçinin Antioxiyaya bir Yunan patriarxını təyin etməyə razı oldu. Bunun müqabilində isə ona sebastos və duks adı verildi və onun varislərinə Edessa qraflığına getmək hüququ təmin olundu. Müqavilənin ardından Apuliyaya geri dönən və burada ölən Boemundun Antioxiya knyazlığında naib olan qardaşı oğlu Tancred müqaviləsinin şərtlərini rədd etdi. Antioxiya 1137-ci ildə müvəqqəti Bizans hakimiyyəti altında olmasına baxmayaraq, 1158-ci ildə həqiqətən Bizans vassalı oldu.
Dizac-i Dövl (Urmiya)
Dizac-i Dövl (fars. ديزج دول‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 714 nəfər yaşayır (188 ailə).