Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valdete İdrizi
Valdete İdrizi (alb. Valdete Idrizi; 1973-cü il) — Kosovo qadın siyasətçisi və vətəndaş fəalı. Kosovo Demokrat Partiyasının üzvü. "Mitrovitsa cəmiyyətinin qurulması" (Community Building Mitrovica) adlı qeyri-hökumət və qeyri-kommersiya təşkilatının rəhbəri, təşkilatın məqsədləri münaqişələrin aradan qaldırılması və Kosovska-Mitrovitsa şəhərinin alban və serb diasporaları arasında dialoqun qurulmasıdır. 2008-ci ildə albanlar və serbləri barışdırmaq üçün sülhməramlı səylərə görə ABŞ Dövlət Departamentindən IWOC Beynəlxalq Cəsarət Mükafatını aldı. Soroptimist International of Europe (SIE) tərəfindən SIE Award 2009 və Women's International Film & Television Showcase tərəfindən TheWIFTS Peace Award 2016 mükafatlarını qazanmışdır. == Həyatı == Kosovska-Mitrovitsanın şimal hissəsində anadan olub orada böyümüşdür. Kosovo müharibəsi zamanı serblər tərəfindən qovuldu.Müharibədən sonra xarici investorların dəstəyi ilə "Mitrovitsa cəmiyyətinin qurulması" qeyri-kommersiya təşkilatını təsis etdi. Təşkilatın ofisi KFOR-un qorunması altında olan bufer zonada, şəhərin iki hissəsini - Cənubi Albaniya və Şimali Serbiyanı birləşdirən İbar çayı üzərindəki körpünün yanında yerləşir. Valdete İdrizi serb və alban dillərində jurnal nəşr etdirir.
Vorinq platosu
Vorinq platosu — Orta-Okean silsiləsinin tərkib hissəsini təşkil edir. Şimal Buzlu okean ərazisində yerləşir. Plato başlanğıcını Skandinaviya yarımadasından götürür və qərbə istiqamətlənir.
Drığ mahalı
Drığ mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Zuvand mahalı, şərqdən Uluf mahalı, qərbdən və şimaldan isə Səfidəşt mahalı ilə həmsərhəd idi. Qоnçin mеşəsindən axan və Şiləvar kəndinə bitişən çay Drığ mahalının sərhədi hesab edilir. Bu çaya "Kəkuyə cu" dеyilirdi. Drığ mahalının sərhəddi оradan, Lənkəran çayından kеçmiş Velədi kəndinin Sоpеh-Xоy pirinə qədər uzanırdı. Əhalinin mütləq əksəriyyəti şiə idi. Drığ mahalında taxılçılıq inkişaf etmişdi. Buranın əhalisi döyüşkən və cəsarətli olmağı ilə seçilirdi. Hazırda kеçmiş Drığ mahalının çох hissəsi Lеrik rayоnu ərazisinə daхildir. Mahalın kiçik bir hissəsi isə hazırda Ərdəbil ostanına daxildir.
Mən varam, çünki biz varıq (film, 2008)
Mən varam, çünki biz varıq (ing. I Am Because We Are) — Natan Rissmanın rejissoru olduğu, ssenarisi, mətnin oxunması və prodüserliyi Madonnaya məxsus 2008-ci ilə aid sənədli film.