Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vegetasiya
Vegetasiya-cücərmə, boy atma və yetişmə; bitkinin aktiv fəaliyyəti halı (sakitlik halından fərqli olaraq). Vegetasiya dövrü il ərzində hər hansı bir iqlim şəraitində bitkinin boy artımı və inkişafı (vegetasiya) mümkün olduğu dövrdür. Mülayim iqlim şəraitində bu dövr axırıncı yaz soyuqlarından ilk payız soyuqlarına qədər, tropik və subtropik iqlim şəraitində isə bütün ilboyu davam edir. Azərbaycanda vegetasiya dövrü tərəvəz üçün 90–120, üzüm üçün 208–239, pambıq üçün 130–140, payızlıq taxıl üçün 230–306, yarpağı tökülən ağac və kollar üçün 220–260, həmişəyaşıl bitkilər üçün isə 365 gün (bütün ilboyu) hesab olunur. Vegetasiya üsulu bitkilərin vegetasiya evi və laboratoriya şəraitində becərilməsi üsuludur. Vegetasiya üsulu qida maddələrinin fizioloji rolu, onların bitki orqanizminə daxil olması, mühit reaksiyasının (pH), işığın, temperaturun, aerasiyanın, müxtəlif suvarma normalarının, gübrələrin, torpaqdakı zərərli duzların bitkiyə təsiri, bitkilərin kimyəvi vasitələrlə mühafizə edilməsi və s. məsələlər dəqiq öyrənilir. Müxtəlif amillərin bitki üçün əhəmiyyətini müəyyən etməkdən ötrü vegetasiya qablarına torpaq, təmiz kvars qumu, yaxud distillə edilmiş su (su kulturasında) doldurulur. Vegetasiya üsulu ilə alınmış məlumat tarla şəraitində yoxlanılır. Vegetativ hibritləşdirmə calanmış bitkidə calaqla calaqaltının qarşılıqlı təsiridir.
Venegasia
Venegasia (lat. Venegasia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Vegetarian festivalı
Vegetarian festivalı və ya Doqquz İmperator Tanrılarının Festivalı (çin. 九皇爺; Pinyin:Jiǔhuángyé, POJ:Káu-ông-iâ, Kantonca: Kow Wong Yeh) — Myanmar, Sinqapur, Malayziya, Tayland və həmçinin Riau adaları kimi Cənub-Şərqi Asiya ölkələrində əsasən qeydə edilən doqquz günlük Taocu bayram ki Çinin qəməri təqviminin 9-cu ayının ərəfəsində başlayır. Hər il Taylandın Pxuket vilayətində qeyri-adi tədbir – vegetarian festivalı keçirilir. Bayramın özü çox baxımlıdır. Axı məhz burada festival iştirakçıları sözün həqiqi mənasında özlərinə işgəncə verməyə hazırlaşırlar. Payızda keçirilən vegeterian festivalına baxmağa həm Asiya ölkələrindən, həm də çox uzaq dövlətlərdən xeyli turist gəlir. Bu festival həm vegetarian xörəklərinin müxtəlifliyi, həm də qeyri-adi şou ilə fərqlənir. Küçələrdə nümayişlər təşkil olunur, adamlar inanılmaz “fokus”lar göstərir, bədənlərinə müxtəlif iti əşyalar sancır, od üstündə ayaqyalın gəzir və s. Qeyd etmək lazımdır ki, vegeterian festivalı dini bayramdır. Çünki məhz sentyabrın sonunda allahlar adaya öz xeyir-dualarını göndərirlər.
Vegetativ orqanlar
Vegetativ orqanlar — bitkilərdə fərdi yaşayışa kömək edən orqanlara aiddir. Ali bitkilərdə kök, yarpaq və gövdə vegetativ orqanlardır. Kökün vəzifəsi bitkini torpağa bərkitmək, torpaqdan suyu və suda həll olunmuş mineral maddələri sormaq, həmçinin maddələri bitkinin yerüstü hissəsinə ötürməkdir. Vegetativ orqanlar bitkinin mühüm orqanlarıdır. Yarpaqların əsas vəzifəsi bitkilərə lazım olan üzvü maddələri hazırlamaq, suyu buxarlandırmaq və qaz mübadiləsini təmin etməkdir. Yarpaqda əmələ gələn üzvi maddələr hesabına bitki öz bədənini qurur. Gövdə,üzərində yarpaqları əlverişli vəziyyətdə saxlayan və torpaqdan alınan qida maddələrinin yarpağa, yarpaqda hazırlanna üzvü maddələri isə köklərə və başqa orqanlara keçirən orqandır. Gövdənin əsas funksiyaları bitkinin kökü ilə yarpaqları arasında əlaqə yaratmaq və yarpaqları işığa çıxarmaqdır. Gövdənin üzərində yarpaqlar və tumurcuqlar olan cavan hissəsi zoğ adlanır. Bunlar ağac və kol bitkilərində əsas gövdə və budaqlardan fərqlənir.
Venegasia carpesioides
Venegasia (lat. Venegasia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Vegetativ sinir sistemi
Canlı orqanizm daim onu əhatə edən mühitdən qıcıqları qəbul edərək, onlara qarşı müvafiq cavab verir. Bu proses sinir sistemi vasitəsilə həyata keçir. Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Bu toxuma oyanma və oyanmanı nəqletmə qabiliyyətinə malikdir. Oyanmanın sinir sistemində yayılmasına impuls deyilir. Sinir toxuması neyrondan (sinir hüceyrəsi) və neyroqliyadan təşkil olunmuşdur. Neyronlar arasında anatomik rabitə olmadığından, oyanma bir neyrondan digərinə mediator adlanan xüsusi kimyəvi maddələrin ifraz olunduğu sinapslar vasitəsilə ötürülür. Sinir hüceyrələrinin uzun çıxıntıları olan aksonları sinir liflərini əmələ gətirir. Sinir lifləri toplaşaraq sinir dəstələrini, kiçik sinir dəstələri isə böyük sinir dəstələrini, nəhayət bunlar da siniri təşkil edir. İnsanın vahid sinir sistemi şərti olaraq iki hissəyə bölünür: 1) somatik sinir sistemi, 2) vegetativ sinir sistemi.