Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərəvat
Bərəvat— İranın Kirman ostanının Bəm şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,388 nəfər və 3,950 ailədən ibarət idi.
Verona
Verona — (ven. Veròna‎) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir. Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələdiyyəsidir, yeddi əyalətindən biri olan Verona əyalətinin paytaxtıdır. Verona şəhər aqromerasiyası 1426 km² ərazini əhatə edir və əhalisi 714,310 nəfərdir. Mədəni, tarixi və memarlıq irsi, yarmarka və şouları, həmçinin qədim Roma amfiteatrı olan Arenada təşkil edilən opera sezonları bu şəhəri Şimali İtaliyanın əsas turistik yerlərindən birinə çevirib. 13-14-cü əsrlər arasında şəhər della Skala ailəsi tərəfindən idarə olunurdu. Ailənin, xüsusən də I Kanqrande della Skalanın hakimiyyəti altında şəhər böyük tərəqqi yaşadı, zəngin və qüdrətli oldu və yeni divarlarla əhatə olundu. Verona ətrafında çoxsaylı abidələrdə della Skala dövrü qorunub saxlanılır. Uilyam Şekspirin iki pyesi Veronada cərəyan edir: Romeo və Cülyetta və İki veronalı əsilzadə. Şekspirin nə vaxtsa Verona və ya İtaliyaya getdiyi məlum deyil, lakin onun pyesləri Verona və ətraf şəhərlərə çoxlu ziyarətçi cəlb edib.
Vərov
Vərov — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Vərov kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Malika Şeravat
Malika Şeravat (Hindcə:मल्लिका शेरावत) əsil adı:Reema Lambha; d. 24 oktyabr 1981, Rohtak, Haryana, Hindistan), Hind model və aktrisa. Ləqəbi "Bollivudun öpüşən kraliçası"dır.
Mariya Vetrova
Mariya Fedosevna Vetrova (ukr. Марія Федосіївна Вєтрова; 3 yanvar 1870, Solonovka[d] – 12 fevral 1897, Sankt-Peterburq) — ukraynalı müəllim və inqilabçı. Ukraynanın müxtəlif yerlərində müəllim işlədikdən və qısa müddət ərzində teatr truppasına qoşulduqdan sonra Azovda sosialist dərnəyinə qoşulub və Lev Tolstoyun əsərlərinin fədaisi olub. Sankt-Peterburqda təhsilini davam etdirsə də, Tolstoyun özü ilə tanış olduqdan sonra inqilabçı olmağa həvəsləndi. O, çarizmə qarşı nəşriyyat fəaliyyətinə görə həbs edilmiş, Pyotr və Pol qalasında özünü yandıraraq ölmüşdür. Onun ölümü anti-çar tələbə hərəkatının yüksəlişi üçün səs-küyə çevrildi, Tolstoy və Maksim Qorkiə ilham verdi, nəticədə "Fırtınalı ləçək nəğməsi" ərsəyə gəldi. == Həyatı == Mariya Fedosevna Vetrova 3 yanvar 1870-ci ildə Rusiya imperiyasının Çerniqov qubernatorluğunda (indiki Çerniqov vilayəti, Ukrayna) Solonivkada anadan olmuşdur. Kazak qadını Oleksandra Vetrova və yerli notariusun qeyri-qanuni övladı olub. Onu "nənə" adlandırdığı kəndli qadın böyüdüb. 1888-ci ildə o, kolleci müəllim kimi bitirib, Lyubexdə kənd məktəbində müəllimlik etməyə davam edib.
Hellas Verona
"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir. Klubun ən böyuk naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır. == Tarixi == Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib.
Rəşidəddin Vətvat
Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat (1088 və ya 1087, Bəlx, Bəlx vilayəti – 1182) — İslam alimi, mühəddis, şair. Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat 1080-ci ildə Bəlx şəhərində anadan olmuşdur. Orta çağın ən ötülməz şeirşünaslarından sayılan Rəşidəddin Vətvat (1080–1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") risaləsində ən nəfis söz möcüzələrindən bəhs edərkən 4 dəfə Qətrandan iqtibaslar edirdi. Rəşidəddin Vətvat "Töhfətus-siddiq", "Fəslül-xitab", Ünsul-ləhfan" adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi "Mətlubu külli talib" adı ilə Həzrət Əlinin (ə) də yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir.
Verona (mahnı)
Verona — Estoniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Koyt Toome və Laura Pıldvere dueti "Verona" mahnısı ilə Estoniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Estoniyalı bəstəkar Sven Lıhmus tərəfindən yazılmışdır. Mahnının eyni zamanda italyan dilində səslənən versiyası da mövcüddür.
Verona Arenası
Verona Arenası (it. Arena di Verona) — Klassik Romalılardan qalma qədim arena. Ən yaxşı saxlanılan ən qədim tikililərdən biridir. Geniş miqyaslı teatr və opera sənət əsərləri nümayiş etdirilən amfiteatrdır.
Verona Universiteti
Verona Universiteti (it. Università degli Studi di Verona) — İtaliyanın Verona şəhərində yerləşən ali təhsil müəssisəsi. Verona Universitetinin əsası 1982-ci ildə qoyulmuşdur.
Hellas Verona FK
"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir. Klubun ən böyuk naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır. == Tarixi == Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib.
Verona Müasir İncəsənət Qalereyası
Verona Müasir İncəsənət Qalereyası (italyan dilində:Galleria d'arte moderna) — İtaliyanın Verona şəhərində bələdiyyə muzeyi. Muzey XVIII əsrdə tikilmiş Emilei-Forti sarayında yerləşir. Bina XX əsrin ortalarında arxitektor İqnatsio Pelleqrinonun iştirakı ilə əsaslı şəkildə bərpa olunmuşdur. Bu binada Akillie Forti tərəfindən yaradılmış müasir incəsənət qalereyası yerləşdirilmişdir. Muzeyin açılışı 14 mart 1982-ci ildə baş vermişdir. Muzeyin kolleksiyasına Covanni Dyuprenin, Medardo Rossonun, Antonio Rotta, Cakomo Mantsunun, Covanni Fattorinin, Emilio Vedovanın, Ottone Rozainin, Filippo de Pizisin və başqalarının əsərləri daxildir. Kolleksiya şəhər bələdiyyəsinin fəal fəaliyyəti nəticəsində ardıcıl olaraq yeni eksponatlarla zəşginləşdirilir. Ренцо Кьярели. Верона. — Флоренция: Bonechi Edizioni, 2006.