Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çeçersk
Çeçersk (belar. Чачэрск)- Belarusun Qomel vilayətində yerləşən şəhərdir. Çeçersk rayonunun mərkəzi şəhəridir. Çernobıl faciəsindən sonra radiasiyanın bir hissəsi bu şəhərə də yayılmışdır. Hal-hazırda şəhər ağır şəkildə çirklənmiş bir ərazidə yerləşmişdir. Şəhər Qomel çayının qollarından olan Çeçora və Soj çaylarından 67 km şimalda yerləşmişdir. Əhalisi 2005-ci ildə 7600, 2013-cü ildə 8060, 2014-cü ildə 8086, 2015-ci ildə isə 8109 nəfərə bərabər olmuşdur. Çeçersk şəhəri XII əsrdə yaradılmışdır. Bu şəhər haqqında ilk məlumatlatlar 1159-cu ilə aiddir. Həmin mənbədə şəhərin adı Radimiçi Çeçersk kimi çəkilmişdir.
Haydemari Veçorek-Tsoyl
Haydemari Veçorek-Tsoyl (21 noyabr 1942[…], Frankfurt-Mayn, Prussiya[d]) – alman pedaqoq və siyasətçi. == Həyatı və peşəsi == Haydemari Tsoyl Frankfurtdakı Herder Məktəbini bitirdikdən sonra 1961-1965-ci illərdə Frankfurt-Maynda İohann-Volfqanq-Göte Universitetində ingilis dili və tarixi öyrənib.1965-1974-cü illərdə Fridrix Ebert məktəbində və 1977-1978-ci illərdə Rüsselshaymdakl Georg Büxner məktəbində müəllim işləyib. 1965-1979-cu illərdə SPD siyasətçisi Norbert Viitsorek ilə evli olub. Boşandıqdan sonra Veçorek-Tsoyl soyadını saxlayıb. O, evangelistdir və xristian inanclarını "həmişə mənim rəhbər prinsipim" kimi təsəvvür edib. == Siyasi karyera == === Siyasi partiya === thumb|Haydemari Veçorek-Tsoyl Juso sədri olaraq, 1976. thumb|Viitsorek-Zoyl 1988 ( Erhard Eppler ilə) Veçorek-Tsoyl 1965-ci ildən SPD-nin üzvüdür. 1974-1977-ci illərdə o, Gənc Sosialistlər Təşkilatının Federal Sədri olub və bu vəzifədə çalışan ilk qadın olub. Bu müddət ərzində o, "Qırmızı Heydi" adlanaraq şöhrət qazandı. O, 1984-cü ildən SPD federal idarə heyətinin üzvüdür.
Kiyev-Peçersk lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.