Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samara Vivinq
Samara Vivinq (ing. Samara Weaving; 23 fevral 1992, Adelaida) — avstraliyalı aktrisa və model. O, karyerasına öz ölkəsində "Mavidən kənar" (2008) adlı serialda rol alaraq başlamışdır. "Ev və uzaq" (2009–2013) adlı teleserialda canlandırdığı İndi Volker roluna görə 2011-ci ildə "Ən yaxşı qadın rol" başlığı altında Avstraliya İncəsənət Akademiyası mükafatına (AACTA) namizəd görülmüşdür. == Həyatı == Vivinq 23 fevral 1992-ci ildə Cənubi Avstraliyanın Adelaida şəhərində ingilis ata Simon Vivinq və maltalı ana Helena Bezzinanın ailəsində dünyaya gəlmişdir. O, Sinqapur, Fici, Avstraliya və İndoneziyada böyümüşdür. Atası kinorejissor, Yeni Cənubi Uelsin Nyukastl şəhərində yerləşən Nyukastl Universitetində müəllim və həmçinin Kanberra Beynəlxalq Film Festivalının bədii rəhbəridir. Anası Nyukastl Universitetində muzeyşünaslıq dərsi keçən sənət terapevtidir. Kiçik bacısı Morqan da aktrisadır. Aktyor Huqo Vivinq əmisidir.Vivinq ailəsi ilə 2005-ci ildə Kanberraya köçdü və burada Kanberra Qızlar Qrammatika məktəbində təhsil aldı.