Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vostoçnıy adası
Vostoçnıy adası — ada Şimal Torpağının cənubunda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisində yerləşir. Ada Opasnıe adalarına daxildir. Vostoçnıy adasından 1,4 km qərbdə Zapadnıy adası yerləşir. Yaxınlığındakı adalar: Bolşevik — 45 km şərqdə, Oktyabr İnqilabı adası — 50 km şimalda, Krasnoflotskie adaları — 25 km şimal-şərqdə. Ada Kara dənizinin şelf zolağı ilə uzanan sualtı silsilənin səthə çıxdığı yerləşir. Ada naviqasiya üçün təhlüləlidir. Maksimal hündürlüyü 14 metrdir.
Vısoçina diyarı
Vısoçina diyarı (çex. Kraj Vysočina) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Yiqlava şəhəridir. 2011-ci il siyahıyaalınmasına görə, Çexiyanın digər bölgələri arasında bölgədə 505 565 nəfər yaşayırdı, o, bu yerdə 12-ci yerdə idi (14-dən). Bölgədə 34 şəhər də daxil olmaqla 704 yaşayış məntəqəsi var. Bir yaşayış məntəqəsinə əhalinin orta sıxlığı 732 nəfərdir, yaşayış məntəqələrinin əksəriyyəti 500 nəfərdən çox deyil. Üç YUNESKO-nun Dünya İrsi Saytları ilə bölgə Çexiyanın digər bölgələrindən daha çox bölgələrə sahibdir. Bunlar Telç'in tarixi mərkəzi, Žďár nad Sázavou'dakı Nepomuk'un Müqəddəs Yəhya Kilsəsi və Třebícdəki Yəhudi Məhəlləsi və St Procopius Bazilikasıdır. Vysočina Bölgəsi, Praqa ilə Brno arasındakı yolda Jihlava'dan keçən D1 avtomobil yolu ilə kəsişir. Bölgədə cəmi 93 km (58 mil) avtomobil yolu mövcuddur.
Vısokiy adası
Vısokiy adası (Rusiya)
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Vısokiy adası (Rusiya)
Vısokiy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizi ərazisində, Komsomoles adası və Oktyabr İnqilabı adasının arasında, Qırmızı Ordu boğazında yerləşir. Qərbdən şərqə doğru 4,3 km məsafədə uzanır. Eni 2 km təşkil edir. Adada iki yüksəklik vardır: 25 metrlik zirvə qərb hissədə, 42 metrlik zirvə isə şərq hissədə yerləşir. Adanın ən hündür nöqtəsində geodeziya məntəqəsi yerləşir. Burada göl və çay yoxdur.
Vostoçnıy adası (Sedov arxipelaqı)
Vostoçnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Arxipelaqın şərqində yerləşir. Vostoçnıy adasından qərbdə Fiqurnıy adası yerləşir. Ancaq faktiki olaraq bu adalar bir adadır. Onlar uzunluğu 9 km, eni isə 250 m olan bərzəxlə birləşir. Bununla belə bir çox xəritələrdə adalar ayrı göstərilir. Oktyabr İnqilabı adasında yerləşən Paris Komunası yarımadasından 5,1 km şimalda yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru 6,3 km məsafədə uzanır. Eni 5,2 km-dir.
Vısokiy adası (Cənubi Sandviç)
Vısoki adası (ing. Visokoi Island) — Cənubi Sandviç adaları qrupuna daxil olan kiçik ada. Atlantik okeanın cənubunda yerləşir. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. Vısoki adası Cənubi Georgiya adasından 520 k, cənub-şərqdə yerləşir. Antarktidadan şimal-şərqdə qərarlaşır. Leskov və Zavadovski adaları ilə birlikdə Traverse arxipelaqını əmələ gətirir. Adanın uzunluğu 7,2 km, eni isə 4,2 km təşkil edir. Adanın maksimal hündürküyü 1005 metrdir. Ada ilk dəfə 1819-ci ildə rus antarktik ekspedisiyasının rəhbəri Faddey Belinshauzen tərəfindən kəşf edilmişdir.