Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klapan
Klapan – maşın və boru kəmərlərində qaz, buxar və ya maye axınını tənzimləmək məqsədilə axın kəsiyinin sahəsini dəyişən hissə, yaxud yığım). Maşınlarda (nasos, kompressor, daxili yanma mühərriki və s. == Texnikada == Klapan boru armaturlarında, kranlarda və diskli qapayıcılarda tətbiq tapır. Onlardan fərqli olaraq şiberlərdə klapanın tənzimləyici elementi işçi mühitin hərktinin oxuna paralel olaraq hərkət edir. İşləmə prinsipinə görə bölünürlr: Bağlayıcı klapan Tənzimlətici klapan Əksəlaqə klapanı Qoruyucu klapan Azaldıcı klapan İmpuls-qoruyucu klapan Birbaşa təsir klapanı Bilavasitə təsir klapanı Hidroklapan == Tibbdə == Ürək klapanı Trikuspidal klapan Aorta klapanı Mitral klapanı İloesekal klapanı == Musiqi alətlərində == Musiqi alətlərində tətbiq olunan klapanalar: müxtəlif tenor və basa malik blokfleytalar, rauşpfayfa və s. - əl barmaqları ilə bağlanması çətilik yaradan, bir-birindən uzaq yerləşən çalğı deşiklərinin bağlanmasında istifadə olunur. Digr çalğı alətlərində - fleyta, klarnet, saksofon, qaboy və s.-lərdə səslənmə diapazonunu genişləndirmək və applikasiyanı rasionallaşdırmaq (barmaqların işlməsini asanlaşdırmaq) üçün tətbiq olunur. == Mənbə == Клапан, в технике // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Klapa
Klapa (xorv. Klapsko pjevanje) — Xorvatiyanın Dalmaçiya vilayətində ənənəvi a kapella oxuma forması. 2012-ci ildə klapa YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. == Haqqında == "Klapa" sözü "dostlar dəstəsi" kimi tərcümə olunur və onun kökləri sahilboyu kilsə oxumasına gedib çıxır. Ənənəvi klapa oxuması kilsə mərasimləri və sadə insanların gündəlik həyatı ilə bağlı olaraq, xorun köməyilə insanların daxili tələbatlarından yaranan ünsiyyətini səciyyələndirir. Adətən, bayram şəraitində kişilərdən ibarət heyət çıxış edir. Klapa mahnılarında bayram, sevgi, şərab, vətən və dəniz kimi mövzular daha əsasdır. Bu istiqamətin əsas elementləri harmoniya və ahəngdarlıqdır. Ritm isə çox nadir hallarda vacib hesab olunur. Vəziyyətdən asılı olaraq, mahnı şən və şövqlü, yaxud da kədərli və sirli ola bilər.
Alakat faciəsi
Alakat faciəsi və ya Alakat üsyanı — 1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir. == Tarixi arayış == 1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi. == Hadisələrin gedişatı == 1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu. Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.
Laplat delfinləri
Laplat delfinləri (lat. Pontoporiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Vlada Ralko
Vlada Ralko (ukr. Влада Ралко; 3 yanvar 1969, Kiyev) — ukraynalı rəssam. 1994-cü ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Women In Arts mükafatının laureatıdır (2019). Vlada Ralko 1969-cu ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 1987-ci ildə Taras Şevçenko adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1994-cü ildə Milli Təsviri İncəsənət və Memarlıq Akademiyasının rəssamlıq bölməsindən məzun olmuşdur (Professor Vladimir Şatalinin rəssam emalatxanası). Ümumukrayna İncəsənət Triennalesi mükafatının laureatıdır (2001). Vlada Ralko Ukraynada və ölkə xaricində keçirilən sərgilərdə iştirak edir. Ralkonun işləri Lincoln Center (Nyu-York, ABŞ), Rebellminds qalereyasında (Berlin, Almaniya), Kunstlerhous (Vyana, Avstriya), Saatchi Gallery (London, Böyük Britaniya) və digər yerlərdə sərgilənmişdir.
Vapa buxtası
Vapa buxtası (bolq. залив Вапа, ‘Zaliv Vapa’ \'za-liv 'va-pa\) — 1.65 km uzunluğu olan və Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən 1.1 km qərbdə yerləşmişdir. Polejan burnundan şimalda, Disilitsa burnundan cənubda yerləşmişdir. Pleystor buzlağına daxildir. Buxta Bolqarıstanda yerləşən Rila dağındakı Vapa zirvəsinin adını daşıyır. Vapa buxtası 64°02′45″ c. e. 62°02′10″ q. u. koordinatlarında yerləşmişdir.
Lord Kitçener səni istəyir (plakat)
Lord Kitçener səni istəyir (ing. Lord Kitchener Wants You) — Böyük Britaniya ordusuna çağırışa səsləyən, 1914-cü ildə çəkilmiş plakat. Plakatdan, əsasən, Birinci dünya müharibəsi illərində istifadə olunmuşdur. Plakatda təsvir edilən Lord Kitçener rəsmi Alfred Let tərəfindən çəkilmişdir.